Menu

Sarkisian Putinə şikayətləndi

09.08.2014, 18:27
Sarkisian Putinə şikayətləndi

[caption id="attachment_46908" align="alignleft" width="300"] Putin-Sarkisian görüşü, Soçi 9 avqust[/caption]

Avqustun 9-da Soçidə Rusiya və Ermənistan prezidentlərinin görüşü olub.

İnterfaks agentliyinin məlumatına görə, Ermənistan prezidenti Serj Sarkisian Vladimir Putinə deyib ki, Azərbaycan-Ermənistan münaqişəsini Azərbaycan bilərəkdən qızışdırır.

Sarkisian Putinə deyib: “Mən bizim regiondakı vəziyyət və Azərbaycan-Ermənistan sərhəddində vəziyyəti Azərbaycanın qızışdırmasının səbəbləri haqda sizə geniş məlumat verəcəyəm”.

Qeyd edək ki, sabah Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin görüşü gözlənilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol