Bakının Bilgəh qəsəbəsində, Mir Cəlal Paşayev küçəsində yerləşən nəhəng malikanə daşınmaz əmlak alqı-satqısı üzrə elan saytlarından birində satışa çıxarılıb. Lakin bu barədə xəbər online KİV-lərdə yayılandan sonra həmin elan silinib.Virtualaz.org xəbər verir ki, elana əsasən malikanə 160 hektar ərazidə inşa olunub və 2 mərtəbəlidir. Klassik üslubda inşa edilib, ümumi sahəsi 2 min kvadratmetrdən çoxdur. Yaşayış sahəsi tamamilə eksklüziv dizayn mebelləri, lampalar, qablar, rəsmlər və sair ilə təchiz olunub.
Malikanənin həyətyanı sahəsində meyvə və bəzək ağaclardan ibarət böyük bağ salınıb.
Tikili hökumət igamətgahları və villaları arasında yerləşir.
Bu mülkün satışı ilə bağlı elan bir neçə gün əvvəldən bina.az saytında yerləşdirilib.
Elanda qeyd edilib ki, igamətgahı almaq istəyən şəxslərin məxfiliyi tam qorunacaq.


Şərhlər
21 MILYONA XARICDE MATERIK ALMAQ OLAR...KIMSE ARADAN CIXMAQ ISTEYIR,INKIWAFDAN BEZIB...
İlin-günün bu vaxtında qorxusuz-hürküsüz mülk satışa çıxarmaq elə bir oliqarxın işidir ki,onun qorxusu yoxdur. 160 ha sahə,onun içərisində nağıllardakı kimi,şahlara məxsus dəm-dəsgahı yaratmaq üçün,gərək elə bir maliyyə dələduzu olasan ki,dövlət büdcəsinin,az qala 25 faizini oğurlamaq şansın yaransın.Azərbaycanda biznes yolu ilə gəlir əldə etmək yoxdur.Nazirliklərə və digər icra strukturlarına büdcədən ayrılan pullar saxta sənədlərlə nağdlaşdırılır və sonra "pay-püşk" edilir..
. Ah nece Keyf cekmeli eyyam idi, ondaki Ovladi Veten Xam idi........Gemi batmaq uzre olanda Sicanlar arasinda qac-haqac dusur......