Azərbaycanda bəzi şəxslərin əmək pensiyalarına qulluq stajına görə əlavə hesablanarkən əməkhaqına, dövlət məvacibinə və vəzifə maaşına büdcədənkənar vəsaitlər hesabına verilən ödənişlər nəzərə alınmayacaq. Modern.az-ın məlumatına görə, “Əmək pensiyaları haqqında” qanunun 20-ci maddəsinə (Qulluq stajına görə əmək pensiyasına əlavələr) dəyişiklik edilir.
Belə ki, qanuna yeni 20.30-cu maddə əlavə edilir.
Yeni bəndə görə (20.30) , “Əmək pensiyaları haqqında” qanunun 20-ci maddəsinə (Qulluq stajına görə əmək pensiyasına əlavələr) nəzərdə tutulan şəxslərin əmək pensiyalarına qulluq stajına görə əlavə hesablanarkən əməkhaqqına, dövlət məvacibinə və vəzifə maaşına büdcədənkənar vəsaitlər hesabına verilən ödənişlər nəzərə alınmayacaq.


Şərhlər
Dəyişiklikdən çox pensiyasçıları alacaqları pensiların vaxtında verilməsi düşündürür.Yeni nazir işi yaxşı qura bilmədiyinə görə pensiyalar yubanır,təqaüdçülər isə S.Müslümovun babasına rəhmət oxuyurlar..