Gəncə şəhərində fəaliyyət göstərən ictimai-iaşə obyektlərindən atmosferə atılan tullantılarının minimuma endirilməsi, mövcud standartlara cavab verən qurğuların quraşdırılmasının yoxlanılması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən monitorinq və araşdırmalar aparılır.
Nazirlikdən verilən məlumata görə, monitorinqlər zamanı ictimai-iaşə obyektlərindən 17-nin ətraf ərazilərindən analiz aparılması üçün hava nümunələri götürülüb.
Analizlərin nəticələrinə əsasən 15 şadlıq sarayında atmosfer havasına atılan tullantıların miqdarının normadan artıq olduğu müəyyən edilib.
Faktla bağlı akt və protokol yazılıb, cərimələr tətbiq edilib. Mövcud standartlara cavab verən qurğuların quraşdırılması məqsədilə şadlıq saraylarının rəhbərlərinə icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.
Aparılan araşdırma və monitorinq zamanı yalnız “Münasib” və “Qızıl saray” şadlıq saraylarında təmizləyici qurğunun quraşdırıldığı məlum olub.
Hazırda digər ictimai-iaşə obyektlərdə monitorinq və araşdırmalar davam etdirilir.


Şərhlər
Yaşadığım 9-cu mikrorayon arazisinde fealiyyet gösteren şadlıq evlerine terefinizden defelerle xeberdarlıq edilmesine baxmayaraq veziyyet helede acınacaqlıdır. Axşam saat 19:00 radelerinde burada tüstü qatı duman tesüratı yaradır. Bele çıxır ki, sizinde hay-küyünüz neyise elde edene qederdir
Bunlarda yeni başlayıb,deyəsən yeni reket iyi gəlir, ay bala restoranda bişən yeməkdi onun iyindən təbiiətə nə ziyan dəyə bilər, düxlu oğlansıssa gedin atmosferə əsil zəhər tulayan zavodlara cərimə yazın. Bakı bulvarında dəniz it günündədi, onu təmizlədin. ..