Menu

Baş qərargah rəisi cəbhə bölgəsinə getdi

11.08.2014, 11:31
Baş qərargah rəisi cəbhə bölgəsinə getdi

Nəcməddin Sadıkov döyüş hazırlığını yoxlayacaq

Silahlı Qüvvələrin Baş Qərargah rəisi cəbhə bölgəsindədir. Müdafiə Nazirliyindən verilən xəbərə görə, Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkovun rəhbərliyi ilə Baş Qərargahın zabitlərindən ibarət qrup cəbhə bölgəsində yerləşən hərbi birlik və birləşmələrdədir.

Səfərin məqsədi müdafiənin ön xəttində yerləşən bölmələrin döyüş qabiliyyətinin, müdafiənin dayanıqlığının, maddi-texniki və digər təminat növləri, silah-sursat, hərbi texnika ilə təchizatının, şəxsi heyətin mənəvi-psixoloji vəziyyətinin, nizam-intizamın və sosial şəraitinin yoxlanılmasıdır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol