Menu

«ABŞ və Avropa limanlarını Rusiya gəmilərinin üzünə bağlayın» - Poroşenko

09.12.2018, 23:04
«ABŞ və Avropa limanlarını Rusiya gəmilərinin üzünə bağlayın» - Poroşenko

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Ukraynanın Prezidenti Pyotr Poroşenko byan edib ki, Rusiya gəmilərinin Avropa və Amerika Birləşmiş Ştatlarının (ABŞ) limanlarına daxil olması qadağn edilməlidir. Onun fikrincə, belə tədbir Kerç boğazında Ukrayna gəmiləri ilə baş vermiş insidentə cavab olmalıdır.

Onun sözlərinə görə, Moskva dənizdə üzmək azadlığı prinmiplərini pozub - deyə,  "Fox News" telekanalı xəbər verib.

Poroşenko qeyd edib ki, Rusiya-Ukrayna sazişinə əsasən, Kerç boğazı və Azov dənizi xüsusi statusa malikdir.

Prezident bildirib ki, Azov dənizinin blokadası Ukrayna iqtisadiyyatına ciddi təsir gəstərə bilər. Çünki ölkənin metallurgiya sənayesi məhsulların 40 faizi Azov dənizindəki limanlardan ixrac olunur. Bununla əlaqədar olaraq, Prezident hesab edir ki, Rusiyaya yönəlik «radikal tədbirlər» görülməlidir.

Bu arada Rusiya FTX Sahil Mühafizə Xidmətinin rəhbərinin müavini, vitse-admiral Aleksey Volski Ukraynanı Kerç körpüsünə qarşı provakasiya cəhdlərində günahlandırıb. O, qeyd edib ki, Kiyev dəfələrlə körpünü məhv etməyə çağırıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol