Menu

"İsrail Ordusuna Nobel Sülh mükafatı verilsin …" - "Qəzzadakı təmkininə görə"

11.08.2014, 21:16
"İsrail Ordusuna Nobel Sülh mükafatı verilsin …" - "Qəzzadakı təmkininə görə"

Yəhudi dövlətinin Amerikadakı səfiri belə bir iddiada bulundu : “Ağlasığmaz təmkinli davranışına görə”

“İndi bilirəm ki, İsrail ordusu öz mahnıları və əfsanələri ilə məşhurdur. Yəhudi əsgəri humanistdir, cəsurdur, özlərini qurban verməyə həmişə hazırdır, son dərəcə təmkinlidir, hətta düşmənlərinin arasında olan günahsız insanlara görə ölümə gedirlər, və.s. və.i.”

İsrail dövlətinin yaranmasından bəhs edən Leon Urisin “Eksodus” romanında ərəblər haqqında “pinti” və “iy verən” kimi ifadələrsiz bir dəfə də söhbət açılmır. (Qeyd edək ki, Leon Urisin yəhudi əsilli Amerika yazıçısıdır. Onun “Eksodus” romanı 50-dən artıq dilə tərcümə olunub.) Nədənsə İsrail ordusu haqqındakı yuxarıdakı tərifləri eşidəndə bu romanı xatırladım...

Ancaq nə vaxt ki, İsrailin ABŞ-dakı səfiri 2 min fələstinlinin ölümündən sonra “İsrail Ordusu Nobel Sülh mükafatına layiq görülməlidir”, deyəndə heyrətə gəldim. Özü də səfir buyurur ki, İsrail Ordusu Qəzzada “ağlasığmaz təmkinli davranışına görə” bu mükafata layiqdir. Onun bu iddiasını eşidəndən sonra təqvimə boylandım. Dedim, bəlkə aprelin 1-dir. Sonra fikirləşdim ki, bu, zarafatın mənə bəlli olmayan növlərin də varmış…

“The İndependent” qəzetinin bu günkü sayında Robert Fisk belə yazıb. Müəllif qeyd edir ki, səfir Ron Dermerin bu mükafatı dünyada ən çox müharibə cinayətlərində ittiham olunan orduya verilməsini istəyir. Özü də Qəzzada “ağlasığmaz təmkinli davranışına görə”.

Əlbəttə, Barak Obamaya bu mükafat sadəcə kütlə qarşısındakı çıxışına görə verilibsə, nədən İsrail Müdafiə Ordusuna bu mükafat verilməsin?

Müəllif qeyd edir ki, Ron Dermerin İsrailin baş naziri Benyamin Netanyahuun ən çox etibar etdiyi məsləhətçilərindən biridir...

Yazıda qeyd olunur ki, bir vaxtlar Böyük Britaniyanın baş naziri olmuş Toni Blyer demişdi ki, biz İraqda nə qədər çox səhv etsək də Səddam Hüseyn qədər də pis deyilik...

Cənab Dermerin deyir ki, mən İsrailin tənqid olunmasına xüsusən indi dözüm göstərə bilmərəm. Hazırda İsrail əsgəri Qəzzada ona görə ölürlər ki, günahsız fələstinlilər yaşaya bilsin.

Bu ölkənin Dublindəki səfiri, xanım Nurit Modai isə yazmışdı ki, Məryəm və İsa sağ olsaydı, yəqin ki, fələstinlilər onları linç edərdi....

Kanadanın baş naziri Stiven Harper də İsrailin müdafiəsində Netanyahudan da irəlidə gedir. O, bəyan edib ki, Kanada da terroristə İsrail kimi cavab verməlidir…

Müəllif ironiya ilə yazır ki, öldürülən hər bir yəhudiyə görə 28 fələstinli qətlə yetirilib. Bu mənada Nobel Sülh Mükafatına Həması namizəd göstərənlər də tapılacaq...

/musavat.com

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol