Menu

"Onun ruhunu aşağılamaq haqqını haradan almısınız?!" - Pisixoloq-həkim Nəzrin Şahmarzadəyə

15.12.2018, 00:20
"Onun ruhunu aşağılamaq haqqını haradan almısınız?!" - Pisixoloq-həkim Nəzrin Şahmarzadəyə

Sizin Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovla bağlı gündəmə gətirdiyiniz anormal fikirlər məndə acı təəssüflər doğurdu. İnciməyin, rəyiniz nə həkim rəyinə oxşayır, nə də savadlı psixoloqun düşüncə tərzi ilə qətiyyən uzlaşmır.

Hadisənin təfərrüatını, ümumiyyətlə, müharibənin qayda və tələblərini bilmədən, döyüş xəttində əsgərin hansı əhval-ruhiyyədə olduğu və hansı duyğularla yaşadığı barədə adi təsəvvürləri dərk etmədən belə yanlış nəticə üzərində dayanmaq sizin bağışlanılmaz səhvinizdir. Milli Qəhrəmanımızın göstərdiyi rəşadət və igidliyi gətirib də cinayət və qəddarlığa bağlamaq, onun ruhunu aşağılamaq haqqını haradan almısınız?! Bu iddianı kimlər sizə “hədiyyə”olaraq bağışlayıb?!

İstər-istəməz şübhələr yaranır. Mübarizə qədər erməni düşmənlərimiz günahsız insanlarımızı, əgər öz millətiniz hesab edirsinizsə, dinc əhalimizi ağlagəlməz vəhşiliklə qətlə yetiriblər, Xocalıda hamilə azərbaycanlı qadının diri-diri qarnını xəncərlə yarıb 8 aylıq körpəni ananın bətnindən çıxararaq başını kəsiblər. Tarix bu cür alçaqlığı xatırlamır. O zaman düşmənin cinayətini və xalqımıza qarşı törətdiyi genosid hadisəsini yada salmağa sizə mane olan, qarşınızı kəsən nədir, yaxud hansı səbəblərdir?! Bəlkə pisixoloq həkim kimi bu cinayətlərdən xəbərsizsiniz? Amma doğrusu inanmamağa fürsət yeri qoymamısınız, Nəzrin xanım!

Mübariz İbrahimov bu qəhrəmanlığı öz şərəfli əsgəri həyat səlnaməsinə yazarkən mən Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi vəzifəsində çalışırdım. O, 18 iyun 2010-cu il tarixində, təxminən, gecə saat 24 radələrində kəşfiyyat tapşırığını yerinə yetirmək üçün təmas xəttinin 700 metrlik minalanmış sahəsıni sürünə-sürünə keçərək düşmənin yerləşdiyi mövqeyə yaxınlaşmış və ilkin olaraq iki qumbaranı işğalçı qüvvələrin səngərinə tərəf atmışdır. Düşməni təşvişə salan güclü partlayışdan sonra Mübariz pulemyot və avtomat Kalaşnikovla bir saata yaxın qeyri-bərabər döyüşə girməli olur. Düşmən bu döyüşdə 12 itki verir, 17-si ağır yaralanır. Mübariz İbrahimov isə qəhrəmancasına həlak olur.

İnsanlığını itirmiş düşmən bütün beynəlxalq konvensiyaları pozaraq yalnız 140 gündən sonra - 6 noyabr 2010-cu il tarixində işğal altında olan Baş Qərvənd tərəfdən Mübarizin nəşini təhvil verdi. Cinayətkar hesab etdiyiniz qəhrəman əsgərimiz bu hadisədən üç gün əvvəl düşmən snayperi ilə öldürülən iki döyüş dostunun qisasını almaq üçün özünü odun-alovun içinə atmışdır.

Nəzrin xanım, bu da sizin nifrət etdiyiniz, Vətən uğrunda canını fəda eləyən bir azərbaycanlı balamızın həyat hekayəti!!! Başqa sözüm yoxdur!!!

Eldar SABİROĞLU

Şərhlər

MRP 2018-12-15 00:20:12

Qədim Avstriya ordusunda Mariya Teraza adlanan mükafat olub.Bu mükafata o kəslər layiq görülüb ki əmrdən kənar düşmən tərəfə layiqli zərbələr vurub.Əgər Mübariz İbrahimov hərbiçini deyil sadə bir ermənini öldürsəydi bu ona başucalığı gətirməzdi. Bu psevdo humanist və psevdo psixoloq-həkimin primitiv düşüncə tərzi ona başucalığı gətirməz.Yazıq ona müraciət edən pasientlərin gününə.

Vilayət İsazadə 2018-12-15 00:20:12

Bu VƏTƏN oğulları canını fəda edirki, Nərmin kimiləri vətəndə bu torpağın üstündə oturub , pulunu rahat qazanıb , rahat yaşayır ,.bunu Nərmin qammirsa , onun başına müalicə lazımdır,,,,, şöžunü geri ğöturməsə , millətin tinyəti onuda ... millətə atxod deyən deputat kimi !

Şərhçi 2018-12-15 00:20:12

nərgiz salmanzadəyə. Mübariz İbrahimov kimi oğullar Azərbaycanın şərəfi,namusu və qeyrətidir!

Ələmdar Məmmədov-hüquqşünas. 2018-12-15 00:20:12

Hörmətli Eldar müəllim,əgər bir professor ən böyük tarixi şəxsiyyətimizin təmizqanlılığına şübhə edirsə,bir deputatımız qürbətdə yaşayan həmyerlilərimizi "otxod"adlandırırsa,bir böyük alimimiz bu xalqın yalnız nə isə qopartmaq üçün yaşadığını bildirirsə psixoloq-həkimin milli qəhrəmanımız,şanımız-şöhrətimiz olan evladımızı aşağılamaq cəhdinə təəcüblənməyin.Hər-halda mövqe göstərdiyinizə görə sizə təşəkkür edirəm.Belə ağzıgöyçəklərin özbaşınalığına hamı münasibət bildirməlidir.

saxavat Mikayilov 2018-12-15 00:20:12

Azerbaycanda yashayan chox faiz ermeni ve ya ermeni qarishigi olanlardir Qarabag niye ishgaldadir? Neticesi bele sherefsizlerin Qarabag haqqinda yanlish melumatda olmasidir Bele shexsiyyetsizler bilmirler ki, buzim QIZ-Gelinlerimiz illerdir ermenistanda-qarabagda girovdadirlar Vay milletin halina TV-kanallari her gun toy-bayramdadir Uzu tuklu kishiye benzer mugenniler, terbiyesiz qadinlar At oynadirlar Ne etmeli?

azər 2018-12-15 00:20:12

milli qəhrəmanlar və şəhidlər arasında çox böyük ayrıseçkilik salınmaqdadır son illərdə..bir-ikisini daim öyür, o biriləri unutqanlığa tərk edirlər..bu cür yanaşma olduqca ziyanlıdır..bu nə siyasətdir belə?

Mirzə AĞ 2018-12-15 00:20:12

Beləsinə xanım deməzlər, Eldar bəy, .... deyərlər!!!

t.ədalət 2018-12-15 00:20:12

Axtarılsa nəzrinin .... təəssüf ki torpaqlarımızda səngər quranın düşmən erməni olduğunu anlamayıb.Mübariz dinc əhalini yox,ərazilərimizi işğal edən ermənini məhv edib!Düşmənə tərəf atılan hər bir daş bizim üçün vacibdir.Vətən uğrunda,yurd uğrunda--Azərbaycan uğrunda vuruşanlar şanımız,şrəfimizdir!Allah ŞƏHİDLƏRİMİZİ rəhmət eləsin!Allah qəhrəmanlarımıza qarşı çıxanlara lənət eləsin!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol