Menu

24 yaşlı milyonçu binanın damından küçəyə dollar səpələdi - VİDEO

18.12.2018, 00:08
24 yaşlı milyonçu binanın damından küçəyə dollar səpələdi - VİDEO

Çində indiyədək görünməmiş hadisə baş verib. Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, 24 yaşlı milyonçu Vonq Çinq Kit binalardan birinin damına çıxaraq küçəyə dollar (Honq Konq dolları) səpələməyə başlayıb. Ətrafdakı insanlar dərhal yerə tökülən pulları yığmağa başlayıblar.

Milyonçunun qeyri-adi hərəkəti yaxınlıqdakı küçələrdə maşınların hərəkətinin dayanmasına və tıxaca səbəb olub.

Məsələdən xəbər tutan polis əməkdaşları əraziyə gəliblər. Onlar küçəyə səpələnmiş pulların bir hissəsini yığaraq, kripto-milyoner kimi tanınan gənci saxlayaraq polis idarəsinə aparıblar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol