Menu

Milli Məclisin üç deputatına yeni vəzifə veriləcək

24.12.2018, 18:27
Milli Məclisin üç deputatına yeni vəzifə veriləcək

Milli Məclisin üç deputatına yeni vəzifə veriləcək.

Trend-in məlumatına görə, bu barədə məsələ "Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında" Milli Məclisin qərarına dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri vəzifəsinə Cavanşir Feyziyevin, Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri vəzifəsinə Xanlar Fətiyevin, Azərbaycan-Çexiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri vəzifəsinə Sahibə Qafarovanın namizədliyi təklif edilir.

Dəyişikliklər parlamentin dekabrın 28-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

Şərhlər

Lətif 2018-12-24 18:27:50

Maraqlıdır,bu vəzifələr pulludur? Əgər pulludursa o zaman bunlar iki yerdən maaş alacaqlar? Elə belə hallara görə orta maaşların göstəricisi yalandan yüksək göstərilir.Bunun kimi Milli Məclisin deputatı + rektor,Deputat+ idarə rəisi və s.İnsan bir yerdən təmin olunmalıdır.İki maaş bir iş gününə necə verilir?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol