Prezident İlham Əliyev Tovuz rayonunda “ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisi haqqında sərəncam imzalayıb.
"Report"un məlumatına görə, sərəncamla Tovuz rayonunda “ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.52.4-cü yarımbəndində göstərilmiş məbləğin 5 milyon manatı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə ayrılıb.


Şərhlər
Asan xidmətin olması o deməkdir ki hokumet rüşvətxorlarla bacarmır onlardan qorxur və olan xidmətləri təkrar Asan xidmət də yaradır.Misal üçün pasport xidməti Asanda var və ondan 100 aralı polisdə də var və yüksək maaşla həmin adamlar orada da həmin işi qörürlər. yaxşı burada açılır o birini bağla israfçılıq olmasın