Menu

AFFA "Hafka"nın su, işıq, oyunçu borcunu ödədi

14.08.2014, 18:10
AFFA "Hafka"nın su, işıq, oyunçu borcunu ödədi

AFFA Hafiz Məmmədovun prezidenti olduğu "Bakı” klubuna göstərdiyi maddi dəstəklə bağlı ictimaiyyətə açıqlama verib.

Məlumata görə, qurum son üç ay ərzində klubun 55 min manat məbləğində kommunal xərclərini ödədiyini bildirib.

Bununla yanaşı, "Hafka"nın klubunun borclu qaldığı iki əcnəbi futbolçu üçün 138 min 474 dollar ödənilib. Bu məbləğin 59 min 975 dolları Ruslan Leviga, 78 min 499 dolları isə Tomaş Tomovskidən ötrü olub.

Kommunal xərclər üçün isə 55 min manat ödənib. Bu məbləği manata çevirdikdə isə AFFA-nın "Bakı"ya üst-üstə 163 min manatadək yardım göstərdiyi üzə çıxır. /virtualaz.org

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol