Menu

Yoxa çıxan təyyarədəki sərnişinlərlə bağlı inanılmaz xəbər

15.08.2014, 09:29
Yoxa çıxan təyyarədəki sərnişinlərlə bağlı inanılmaz xəbər

Mart ayının 8-də Kuala-Lumpurdan Pekinə uçarkən 227 sərnişin və 12 şəxsi heyətlə yoxa çıxan və axtarışlara rəğmən heç bir parçası tapılmayan Malaziya təyyarəsində olan 4 sərnişinin bank hesablarından pul çəkdiyi iddia edilib.

Axar.az xəbər verir ki, bu haqda Avstraliya mətbuatında məlumat yayılıb. Məlumatlara görə, Malaziya polisləri "MH-370" tipli səfər təyyarəsində olan 4 sərnişinin hesablarından 18 iyulda Malaziyanın paytaxtı Kuala-Lumpurdakı bir bankın ATM-indən pul çəkildiyi qeydə alınıb.

Yoxa çıxan sərnişinlərin hesablarından çıxarılan pulun 111 min Malaziya ringiti (37 min 467 Avstraliya dolları) olduğunu açıqlayan Kuala-Lumpur polisi hadisəylə bağlı araşdırmanın davam etdiyini qeyd edib. Polis şübhəliləri müəyyənləşdirmək üçün bankın təhlükəsizlik kameraları görüntülərini araşdırdıqlarını da bildirib.

Xatırladaq ki, bu il mart ayının 8-də Kuala-Lumpurdan Pekinə uçarkən 227 sərnişin və 12 şəxsi heyətlə yoxa çıxan Malaziya təyyarəsi o gündən bu yana sıx axtarışlara rəğmən tapılmayıb. Təyyarənin axtarışları cənubi Hind okeanının Avstraliyaın cənub-qərbində qalan hissəsində okean üzərindən davam etdirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol