Bakıda güclü külək mərasim evini uçurub - VİDEO

Bakıda güclü külək mərasim evini uçurub.

"Report" Sumqayıt-Abşeron bürosu xəbər verir ki, yanvarın 16-dan 17-nə keçən gecə Abşeron ərazisində hava şəraitinin kəskin dəyişməsi və güclü külək nəticəsində mərasim evi uçub. Güclü külək Xətai rayonu, Zığ şosesi, Ümid Sağlamlıq Mərkəzində müvəqqəti məskunlaşan məcburi köçkünlərin istifadə etdikləri mərasim evinin damını və binanın divarını uçurub. Hadisə nəticəsində xəsarət alan olmasa da, obyektə maddi ziyan dəyib.

Sakinlər əlaqədar təşkilatların mərasim evinin bərpasına köməklik göstərilməsini xahiş ediblər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar