«AzPolittika.info» xarici KİV-ə istinadla xəbər verir ki, minlərlə Venesuela sakini siyasi və humanitar böhranın bürüdüyü ölkəni tərk edir.
Onların bir çoxu sərhədi qeyri-qanuni keçərək, qonşu Kolumbiyaya sığınır («BBC»). Venesuelalı bir qadın sakin jurnalistlərə danışıb ki, ailəsini tərk etməyə məcbur olub və «yemək və sığınacaq tapmaq» üçün təcili vətəndən gedib.
Ötən həftə Venesuela müxalifətinin lideri Xuan Quaydo özünü ölkənin legitm prezidenti elan edib. Onun fikrincə, ölkənin fəaliyyətdə olan başçısı Nikolas Maduro qeyri-qanuni yolla seçilib.
Quaydo hakimiyyəti ABŞ, bir sıra Avropa və Latın Amerikası ölkələri tərəfindən tanınıb.
Rusiya, Türkiyə və bir neçə dövlət də Maduronu dəstəkləyir.


Şərhlər
Günahkar imperialist ABŞ-dır.Özünə Xuan Quaydo adlı bir nökər tapıb,onun əli ilə Venesuelada dövlət çevrilişi etmək istəyiyir.Bunu görən ağıllı Venesuela xalqı ona görədə ABŞ-a yox Kolumbiyaya üz tutub.