Menu

Beynəlxalq Bank aktivlərini 9%, xalis mənfəətini 47% azaldıb

29.01.2019, 18:05
Beynəlxalq Bank aktivlərini 9%, xalis mənfəətini 47% azaldıb

2018-ci ildə “Azərbaycan Beynəlxalq Bankı” (ABB) ASC-nin aktivləri 8,8% - 7 mlrd. 932,771 mln. manatadək azalıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.

2018-ci ildə bankın kredit portfeli 7,8% - 1 mlrd. 923,033 mln. manatadək artıb.

2018-ci ilin sonuna bankın öhdəlikləri 6 mlrd. 771,246 mln. manata (azalma 12,6%) bərabərdir.

Hesabat ilinin sonuna ABB-nin depozitlərinin həcmi 4 mlrd. 79,8 mln. manat (azalma 20,9%) təşkil edib.

31 dekabr 2018-ci il tarixinə bankın kapitalı 1 mlrd. 161,526 min manat (artım 22,5%) təşkil edib. ASC-nin nizamnamə kapitalı 1 mlrd. 241,287 mln. manata bərabərdir.

2018-ci ildə fəaliyyətinin yekunları üzrə ABB 425,841 mln. manat (2017-ci illə müqayisədə azalma 47,3% - İF) xalis mənfəət əldə edib.

ABB 1992-ci ildə yaradılıb. Bankın kapitalında Maliyyə Nazirliyinin payı 91,4% təşkil edir. Bütövlükdə, kapitalda 95,27% pay dövlətə məxsusdur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol