Menu

"Tramp məni öldürmək göstərişi verib" - Maduro

30.01.2019, 15:02
"Tramp məni öldürmək göstərişi verib" - Maduro

Venesuela lideri Nikolas Maduro amerikalı həmkarı Donald Trampı onun qətlinə göstəriş verməkdə ittiham edib.

Strateq.az xəbər verir ki, bu barədə o, “RİA Novosti”yə müsahibəsində bildirib.

“Heç şübhə yoxdur ki, Tramp məni öldürmək üçün Kolumbiya hökumətinə, Kolumbiya mafiyasına göstəriş verib. Əgər mənim başıma bir iş gəlsə, buna görə Donald Tramp və Kolumbiya prezidenti İvan Duke məsuliyyət daşıyır. Amma məni Venesuela xalqı və Tanrı qoruyur, bizim çox yaxşı müdafiə sistemimiz var, məni yaxşı qoruyurlar” – deyə o qeyd edib.

“Mühafizəçiləriniz arasında rusiyalılar da varmı?” sualına isə Maduro belə cavab verib: “Deyə bilmərəm. No comment. Bu barədə hər hansı şərhim yoxdur”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol