Xalq inancına görə, bu gecə - yanvarın 31-dən fevralın 1-nə keçən gecədən etibarən Azərbaycanda Böyük çillə başa çatır və Kiçik çillə başlayır.
"Report" xatırladır ki, qədim türklər qış fəslini üç yerə bölüblər: Böyük çillə 40 gün, Kiçik çillə 20 gün və bundan sonra 30 günlük Boz ay gəlir.
"Çillə" - çətinlik, məşəqqət, üzüntü, sıxıntı, ağırlıq gətirən ifadədir.
Qeyd edək ki, dekabr ayının 21-dən 22-nə keçən gecə Azərbaycanın müxtəlif bölgələrində "Böyük çillə" mərasimi keçirilir. Böyük çillə təxminən yanvarın 31-i bitir. Daha mülayim olan Böyük çillədən fərqli olaraq, Kiçik çillədə havalar sərt şaxtalarla müşahidə olunur. Sərt soyuğuna görə Kiçik çillə mifologiyada amansız, həyatı donduran, qorxulu bir qüvvə kimi təsvir olunur. Kiçik çillə 20 gün davam edir. Ondan sonra Boz ay başlayır. Boz ay isə Novruz bayramı ilə bitir. Yaşı min illərə çatan bu mərasim həm də insanları qışda keçən mülayim havaya aldanmamağa çağırır.


Şərhlər
"“Çillə” – çətinlik, məşəqqət, üzüntü, sıxıntı, ağırlıq gətirən ifadədir."-bunu ozunuz "kəşf" eləmiainiz?Dekabrın 21 ən uzun geçə olur,ondan sonra ilk 40 gün böyük,daha dəqiq tam cilə,yəni 40 gün yanvarın 30na təsadüf edir.Sonra isə kiçik çilə,daha dəqiq yarı cilə,yəni 20 gün.Bu da bitəndən sonra gələn ilk həftənin 2-ci günü 1-ci çərşənbə olur.Şərqşünaslıq instituna müraciət edin,izahını verərlər.Yoxsa gətirib 40ı çətinlik,məşəqqət kimi izah edib Allahın göndərdiyi fəslə küfr etməyin