Menu

Tramp ABŞ qoşunlarını Əfqanıstandan çıxartmağın şərtini açıqlayıb

01.02.2019, 00:08
Tramp ABŞ qoşunlarını Əfqanıstandan çıxartmağın şərtini açıqlayıb

ABŞ prezidenti Donald Tramp Amerika qoşunlarının hansı şərtlər altında Əfqanıstandan çıxarılmasına razılaşa biləcəyini açıqlayıb.

“Report” xəbər verir ki, Trampın sözlərinə görə, o, radikal "Taliban" hərəkatı ilə Əfqanıstan hakimiyyəti arasındakı vəziyyətin nizamlanması üzrə sülh razılaşması əldə olunacağı təqdirdə bu addımı atacaq.

"İlk dəfədir ki, onlar (taliblər) nizamlanma, saziş barədə danışırlar. Bu baş verərsə, biz öz adamlarımızı evə göndərəcəyik. Baxaq görək nə olur. Lakin ciddi danışıqlar birinci dəfədir aparılır", - deyə o bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol