Menu

“Azərbaycanda bu qədər şəhid olmasının günahı...” - Əli Hüseynli

01.02.2019, 14:24
“Azərbaycanda bu qədər şəhid olmasının günahı...” - Əli Hüseynli

“Son dövrlər radikal müxalifət hər hansı bir aksiyanı, qanunsuz mitinqə çevirmək niyyəti ilə fəaliyyət göstərir. 2008-ci ildə “Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna əhəmiyyətli dəyişikliklər etdik və onun icrası nəticə göstərdi. Əhali bilməlidir ki, radikal müxalifətin məqsədi nə Məhəmməd Əmin Rəsulzadəni, nə də 20 yanvar şəhidlərini anmaqdır. Onların məqsədi istənilən belə tədbirdə qanun pozuntusu törətməkdir. Məqsəd icazəli mitinq keçirmək deyil, hər bir halda mövcud olan ictimai-siyasi sabitliyi pozmaqdır”.

“Report” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.

“2008-ci ildə “Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna etdiyimiz dəyişikliklər bu cür halların qarşısını almaqdan ötrü əsaslı hüquqi bazadır. Hüquq mühafizə orqanları bu işin öhdəsindən yüksək səviyyədə gəlirlər”, - deputat qeyd edib.

Onun sözlərinə görə, ölkədə şəhid ailələrinə xüsusi diqqət yetirilir. Ə.Hüseynli bildirib ki, Azərbaycanda bu qədər şəhidin olmasının səbəbkarları 1992-ci ildə hakimyyətdə olanlardır: “Əgər onlar – o zaman ki parlament sədri (İsa Qəmbəri nəzərdə tutur - red), daxili işlər naziri (İsgəndər Həmidovu nəzərdə tutur - red) heç olmazsa, öz doğulduqları kəndi, rayonu qoruya bilsəydilər, bu qədər şəhid olmazdı. Baxmayaraq ki, Naxçıvan həm Ermənistan, həm də o zaman Azərbaycanda hakimiyyətdə olanlar tərəfindən blokadaya alınmışdı, sovet qoşunları Naxçıvandan çıxarılmışdı, Heydər Əliyev Naxçıvanı qorudu. Onlar isə heç öz kəndlərini, rayonlarını qoruya bilmədilər. Minlərlə insan ordudan fərarı olmuşdu, Heydər Əliyev hakimiyyətə döndükdən sonra o şəxslər barədə əfv fərmanı verildi, hamısı yenidən döyüşə qayıtdı, çoxları qəhrəmanlıq nümayiş etdirdi. Bunları söyləməkdə məqsədim odur ki, Azərbaycan xalqı bilməlidir ki, hər bir təhqir xalqa ünvanlanır. Ona görə də hesab edirəm ki, qanunvericilik baxımından (Cinayət Məcəlləsinin 148-1- (İnternet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək böhtan atma və ya təhqir etmə) maddəsinə əsasən, internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə böhtan atma və ya təhqir etməyə görə min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır) biz bu addımı düzgün atmışıq. Təəssüf ki, praktika onu göstərir ki, bu qanunun tətbiqində boşluqlar mövcuddur. Hesab edirəm ki, onun tətbiqi yaxşı halda deyil və sui-istifadə olunur. Növbəti mərhələdə həmkarlarımızın yeni təklifləri nəzərə alına bilər”.

Şərhlər

Millet 2019-02-01 14:24:37

Sen isgender hemidovun ve ise qemderin yerişni gede bilmezsen ...

Türk 2019-02-01 14:24:37

t.ədalət Ayaz Mütəllibov yerində olsam səni verərəm məhkəməyə. Bildiyin şeylərdən yazsan daha yaxşı olar.Tarix bu baş verən hadisələrdə kimin günahkar olduğunu sübut edəcək.

Oqtay 2019-02-01 14:24:37

Bu deputat ya bilmir ya da özünü bilməməzliyə vurur.gÖRƏSƏN BU DEPUTAT HANSI CƏBHƏDƏ VURUŞUB Kİ BELƏ DƏQİQ BİLİR

hellas 2019-02-01 14:24:37

Bu qədər şəhidin olmasının günahı...Yapizm isə 2298-ci ilin neft pullarını əmir. "Çüt çto kosoy (iz filma Centlement udaçi)". Bir problem olan kimi AXC-Musavat cütlüyü günahlandırılır. Ayəəəəə indiki məmurların uzurpasiyası 25-30 ildir davam edir ey!!! O bədbəxtlər isə 1 il olublar. Öz işllərinizi başqalarının adına niyə yazırsınız??????

Rəhlm Qaziyev 2019-02-01 14:24:37

...sadəcə olaraq kimlərəsə xoş gəlmək xatirinə,həm də hüquqşünas olaraq bu boyda ağ yalan danışmaq çox eyibdir.Lakin,fərarilik etdikdən sonra,gəlib illərlə təyinatlı deputat kreslosunda oturdulanlanların utanmadan belə ... deməsində təəcüblü bir şey görmürəm.Utanmasan toyda oynamağa nə var ki?!Sözdən qızarmaz ki,bozarmış üzlər.Unutmayın,utanmadan yalan danışmaqla qazanıb evinizə apardığınız hər tikə haramdır.....

Əziz 2019-02-01 14:24:37

O vaxtlar hamı kişi kimi vuruşub müharibə edib,şəhid olurdu. Ermənini də az qalmışdır çıxarmağa aranı qarışdırdılar. İndi isə müharibə etməyə heç kimin cürəti çatmır ki bu bəladan can qurtarsın müharibəsiz şəraitdə ay deputat cavanlarımız düşmən gülləsi ilə şəhid olur. Kasıb balaları. Siz və sizinkilər isə kefdəsiniz.

Hafiz 2019-02-01 14:24:37

"Dövlət rəsmisi" üçün çox ayıbdır, belə sözləri işlətmək: “Əgər onlar – o zaman ki parlament sədri (İsa Qəmbəri nəzərdə tutur – red), daxili işlər naziri (İsgəndər Həmidovu nəzərdə tutur – red) heç olmazsa, öz doğulduqları kəndi, rayonu qoruya bilsəydilər, bu qədər şəhid olmazdı".
Artıq sözüm yoxdur.

Akif 2019-02-01 14:24:37

Əli Hüseynli,Azərbaycanda şəhidlərin sayının çox olmasının günahı AXC-Musavat cütlüyünün idisə,amma əminəmanlıaq dövründə, sizin antixalq YAP hakimiyyətinizin dövründə isə şəhid olanların günahı məhz sizsiz.Məhz sizin hakimiyyət Qarabağ ətrafındakı 6 rayonu ermənilərə təslim etdi.Məhz sizin jakimiyyət özünü bütün dünyada korrupsioner kimi tanıtdı və bu da çillətimizə utanc gətirir.Heç olmasa özünüz təsdiq etdiyiniz "Korrupsiyaya qarşı mübarizə haqqında" qanunu tapdaladığınızdan utanıb xəcalət çəkin.

t.ədalət 2019-02-01 14:24:37

Cəbhə xəttində həlak olanların sayının artmasını kimlərinsə üzərinə yıxmaq nadanlıqdır.Qətllərin sayının artmasında bir maraqlı tərəf varsa,o da Rusiyadır.Rusiya Azərbaycan və ermənistan tərəfdə yerləşdirdikləri casusların əli ilə qətllərin sayını artırırdı.Müharibəni qızışdırmaqla hər iki respublikanı öz təəsiri altında saxlayırdı.Nümunə üçün Ayaz Mütəllibovun əli ilə törədilən 26 Yanvar-Daşaltı əməliyyatını göstərə bilərik.Bizim əsgərləri şəhid edən əsas düşmən dövlət Rusiyadır.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol