Menu

Problemli kreditlərin məbləği aşağı düşüb

04.02.2019, 10:01
Problemli kreditlərin məbləği aşağı düşüb

Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği bu il yanvarın 1-nə 1 585 mln. manat təşkil edib.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən il dekabrın 1-i ilə müqayisədə 6,1%, ötən il yanvarın 1-nə nisbətən isə 2,6% azdır.

Dekabrın sonuna problemli kreditlərin ümumi kredit portfelində payı 12,2% təşkil edib. Bu nisbət noyabrın sonuna 13,4%, ötən ilin əvvəlinə isə 13,8% təşkil edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol