Menu

DİN "LADY ŞHARM"dakı ƏMƏLİYYATLA BAĞLI AÇIQLAMA YAYDI - FOTOLAR + VİDEO

04.02.2019, 18:35
DİN "LADY ŞHARM"dakı ƏMƏLİYYATLA BAĞLI AÇIQLAMA YAYDI -  FOTOLAR + VİDEO

Daxili İşlər Nazirliyi (DİN) “Lady Sharm” mağazalar şəbəkəsində keçirilən xüsusi əməliyyatla bağlı rəsmi açıqlama yayıb. Açıqlamada bu gün səhər "AzPolitika.info"nun

Nəticədə qeyd edilən şirkətin sahiblərindən biri, Cəlilabad rayon sakini Elnur İsmayılov (“Lady Sharm”-ın sahiblərinin kişik qardaşıdıtr - "AzPolitika.info"), həmin şirkətin baş mühasibi Ziyarət Abbasov, şirkətin məsul əməkdaşları Valeh QarayevFuad Əlizadə saxlanılaraq istintaqa təqdim ediliblər.

Araşdırma zamanı müəyyən edilib ki, qeyd edilən mağazalarda satışa çıxarılan Çin Xalq Respublikasında istehsal edilən aşağı keyfiyyətli paltarların etiketləri “Lady Sharm”ın gizli sexlərində dəyişdirilib. Həmin paltarlara “Chanel”, “Fendi”, “Dolce & Gabbana”, “Valentino”, “Chiristian Dior” , “İtterre” və digər dünyaca məhşur bredlərinin saxta etiketləri tikilərək dəyərindən dəfələrlə baha qiymətə mağazalarda müştərilərə təqdim edilib. “Lady Sharm”ın fəaliyyət göstərən 12 mağazasında yoxlama aparılan zaman etiketləri dəyişdirilən saxta geyim əşyaları və xəz dəri məhsulları aşkar edilərək maddi sübut kimi götürülüb.

Əməliyyat tədbirlərinin davamı olaraq “Lady Sharm” mağazalar şəbəkəsinin paytaxt ərazisində fəaliyyət göstərən gizli tikiş sexi və anbarı da aşkar edilib. Həmin sexə baxış zamanı külli miqdarda saxta paltarlar, Türkiyə, İtaliya və Avropanın digər ölkələrinin geyim markalarının adları yazılmış əmtəə nişanları, həmçinin etiketlərinin hazırlanması üçün nəzərdə tutulan xüsusi avadanlıqlar aşkar olunaraq götürülüb və dövriyyədən çıxarılıb.

Araşdırmalarla həmçinin “Lady Sharm” şirkətinin paytaxtda fəaliyyət göstərən sexində tikilən yerli məhsullara da saxta “Made in Turkey” və “Made in İtaly” nişanları tikildiyi məlum olub.

Şirkətin anbarlarına baxış zamanı polis əməkdaşlarının peşəkarlığı sayəsində “Lady Sharm”ın “qara” mühasibatlıqlarn aparıldığı və sistem idarəçiliyi xarici ölkələrdə olan kompüter avadanlıqları və onların içərisində olan istintaq üçün zəruri olan şirkətin gizli maliyyə hesabatları da əldə edilərək götürülüb. Həyata keçirilən zəruri əməliyyat-istintaq tədbirləri ilə “Lady Sharm” bu illər ərzində büdcədən milyonlarla manat vəsait yayındırdığı məlum olub.

Qeyd edilən faktlarla bağlı Baş İdarənin İstintaq şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Şərhlər

Van Gogh 2019-02-04 18:35:51

Bir azdan eşidəcəyik ki, İdeal parfümeriya mağazaları kimi bu da keçib Cahangir Əsgərovun əlinə.Eyni ssenari davam edir)

Qəribə 2019-02-04 18:35:51

Məmurlar 5-10 milyard pul şırpışdırır, heç gül üzünə püb demirlər,bu yazıqlar isə 5-10 adama çörək verir, olublar cinayətkar.Bunların bir günahı var,o da vaxtında haqqeysabı verməyiblər.

Cingiz 2019-02-04 18:35:51

Bir defe

Bashirov Qarib 2019-02-04 18:35:51

Xalqımız bacarıqlı və fərasətlidir. Bred firmalarda hazırlanan keyfiyyətli mallardan seçilməyən mallar istehsal etməyi və satmagı bacarıblar.Dogrudur bu qanuna ziddir,zənginlərin aldadılması deməkdir, amma, elə də təhlukəli deyildir.Özləri ölkəyə saxta ispan şərabı, təhlukəli dərman pereparatları gətirirlər,QMO ərzaq,yag və s. məhsulları gətirib insanları qırırlar və bunu hamı görub susurlar. Heç bir təhlukəli təsiri olmayan keyfiyyətli malları zənginlərə satıblar hay həşir salırlar.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol