Menu

AMEA-da struktur islahatları aparılır - İslahat paketi hazırlanır

06.02.2019, 14:43
AMEA-da struktur islahatları aparılır - İslahat paketi hazırlanır

“Azərbaycan Milli Elmlər Akademiyasında struktur islahatları gedir”.

Bunu “Report”a açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin sədri, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli deyib.

O bildirib ki, hazırda akademiya islahatlar paketini hazırlayır: “Paketdə müxtəlif struktur dəyişikliyi olması nəzərdə tutulub”.

"Ədəbiyyat İnstitutu ilə Dilçilik İnstitutunun birləşdirilməsi ilə bağlı yayılan məlumatlar doğrudurmu?" - sualına cavabında isə İ.Həbibbəyli hansı struktur dəyişikliyi olması haqda əvvəlcədən məlumat vermək istəmədiyini deyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol