Menu

"Xocalı soyqırımını erməni silahlı qüvvələri, onların havadarları törədib" - Əli Əhmədov

25.02.2019, 15:40
"Xocalı soyqırımını erməni silahlı qüvvələri, onların havadarları törədib" - Əli Əhmədov

“Xocalı sıyqırımı ən qanlı hadisələrdən biridir. Bir gecənin içində erməni daşnakları ölkəmizin bir şəhərinin əhalisini tamamilə məhv edib, dinc əhaliyə amansızlıqla divan tutub, 613 nəfər qətlə yetirilib, meyitlər təhqir olunub, 1275 nəfər girov götürülüb. Onlardan 150 nəfərin taleyi hələ də məlum deyil. Qətlə yetirilənlərin 63 nəfəri uşaq, 106 nəfəri qadın və 70 nəfəri ahıl qoca idi. Hərbi təcavüz nəticəsində 8 ailə tamamilə məhv edilib. Bu dəhşətli faciə bir gecənin içində baş verib. Bu dəhşətli hadisə heç vaxt unudlmayacaq”.

“Report” xəbər verir ki, bunu hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini - İcra katibi, Baş nazirin müavini Əli Əhmədov “Xocalı soyqırımını unutmadıq!” adlı keçirilən tədbirdə deyib.

O qeyd edib ki, Azərbaycan xalqı qısasçı olmayıb, heç vaxt qisasçılıq aşılanmayıb: “Biz insannları, xüsusilə də gəncləri qisasçılığa yönəltmirik. İstəyirik, bu qətliamı törədənlər cəzalandırılsın. Qarşımızda duran vəzifə budur. Bir xalq, millət olaraq buna nail olacağıq. Biz bu faicəni dünyaya tanıtmalıyıq. Bu istiqamətdə müvafiq işlər görülüb. Zaman keçdikcə bu faciəni tanıyanların sayı artacaq. Bu faciəni törədənlərə insan demək olmaz. Bu soyqırımı erməni silahlı qüvvələri, onların havadarları törədib, məsuliyyəti birbaşa onlar daşıyır”.

Ə.Əhmədov vurğulayıb ki, ölkənin sərhədlərini qorumaq üçün dövlət güclü olmalıdır: “Dövlət güclü olmazsa, insanları qoruya bilməz. 1990-cı illərdə torpaqların işğalının bir səbəbi ermənilərin işğalçılıq siyasəti idisə, digər səbəb isə dövlətin zəif olması idi. Zəifləyən dövlətə müxtəlif formada təzyiqlər edilir”.

Şərhlər

Ayzek 2019-02-25 15:40:06

O vaxt Naxçıvan köməyə gəlsəydi Xocalı Qətliamı baş verməyəcəkdi.Elman Məmmədov oradan əliboş qayıtdı...

muzaffar 2019-02-25 15:40:06

Ay qırışmal, Ay Qərbi Azərbaycanlı heç olmasa bu gündə özünüzdə cəsarət tapın o havadarların adını açıq deyin. Yoxsa Rusiya xüsusi xidmət orqanlarından qorxursunuz! Vəzifənizi itirməkdənmi? Gənclərin adından da danışmayın! Ölkədə elə anti-Rusiya ab-havası olmalıdır ki, onlar bu xalqla hesablaşsın, öz siyasətlərinə düzəliş etsinlər. Yoxsa yaltağlara görə Rusiya siyasət dəyişən deyil. Bu hökumətin indiyə qədər ki Garabağ siyasəti iflasa uğrayıb! Artıq ermənilər DQ ətrafındakı rayonları belə məskunlaşdırırlar!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol