Menu

Tanınmış jurnalist işdən çıxarıldı

26.02.2019, 13:20
Tanınmış jurnalist işdən çıxarıldı

Rusiyanın "Sputnik" informasiya agentliyinin Azərbaycan bürosunun baş redaktoru Mətin Yaşaroğlu işdən çıxarılıb.

Modern.az xəbər verir ki, bu barədə məlumatı AMEA-nın elmi işçisi, fəlsəfə doktoru Dilavər Əzimli yayıb:

“Tanınmış jurnalist, Qarabağ mövzusunda illərdi təbliğat aparan Mətin Yaşaroğlu işdən çıxarılıb. Azərbaycanda Mətin Yaşaroğlunu tanımayan jurnalist və ictimai-siyasi xadim yoxdur. Qarabağ mövzusunda daima maraqlı yazılar yazırdı. Milli bir insandır. Son vaxtlar milli qüvvələrin üzərinə bir hücum başlanıbdır. Buna görə də Mətin Yaşaroğlunun uzaqlaşdırılması adi məsələyə oxşamır. Yəqin ki, bu məsələyə aydınlıq gətiriləcək”.

Bununla bağlı “Yeni Sabah”a danışan Mətin Yaşaroğlu məlumatın doğru olduğunu bildirib. O qeyd edib ki, işdən çıxmaq qərarı qətidir, lakin səbəbləri haqqında danışmaq istəmir. “Martın 15-dən etibarən işdən uzaqlaşacam”- deyə jurnalist vurğulayıb.

Şərhlər

Türk 2019-02-26 13:20:59

O ERMƏNİ AĞADADAŞI ORDAN QOVMAQ LAZIMDIR. O QARABAĞ ŞƏHİDLƏRİNİ TƏHQİR ETDİ. QIZI ERMƏNİYƏ ƏRƏ GEDİB ARVAD ERMƏNİ DEMƏLİ ÖZÜ DƏ ERMƏNİDİR. ONU HANSISA ANASI ERMƏNİ OLAN YÜKSƏK VƏZİFƏLİ KİMDİRSƏ MİLLƏT ÜÇÜN ELƏ MƏSULİYYƏTLİ POSTDA SAXLAYIR. ONU ORDA SAXLAMAQ BU MİLLƏTƏ TƏHQİRDİR. NƏ GÜNDƏYİK DÜŞMƏNİMİZ BİZİ DÜŞMƏNDƏN QORUYACAQ?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol