Menu

Kaspşik Qarabağ münaqişəsi üzrə şəxsi nümayəndə təyin edildi - 23-cü dəfə

28.02.2019, 09:57
Kaspşik Qarabağ münaqişəsi üzrə şəxsi nümayəndə təyin edildi - 23-cü dəfə

ATƏT-in fəaliyyətdə olan sədrinin Dağlıq Qarabağ münaqişəsi üzrə xüsusi nümayəndəsi, səfir Anjey Kaspşikin mandatı bir il müddətinə uzadılıb.

Bu barədə "Report"a müsahibəsində ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın xarici işlər naziri Miroslav Layçak bildirib.

"Səfir Anjey Kaspşiki münaqişə üzrə şəxsi nümayəndəm təyin etdim, Minsk prosesinə inanırıq və uğur üçün lazım olan dəstəyi davam etdirəcəyik", - M.Layçak deyib.

Beləliklə, polşalı diplomat 23-cü dəfə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi təyin olunub.

Qeyd edək ki, A.Kaspşik bu vəzifəni 1997-ci ilin yanvar ayından tutur.

Şərhlər

t.ədalət 2019-02-28 09:57:29

Bu, o deməkdir ki,Dağlıq Qarabağ və ətrafı bir on il də bizim olmayacaq.

vekil 2019-02-28 09:57:29

bunu omurluk etseler daha meslehetli olar onsuda bu munaqise biten deyil buda olsun omurluk sefir***

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol