Menu

Pakistanın baş naziri Ərdoğanı vasitəçi olmağa çağırdı

28.02.2019, 17:01
Pakistanın baş naziri Ərdoğanı vasitəçi olmağa çağırdı

Pakistanın baş naziri İmran Xan Türkiyə prezidentini Pakistanla Hindistan arasında vasitəçi olmağa çağırıb.

Trend-in məlumatına görə, İ.Xan bu məsələnin müzakirəsi üçün Rəcəb Tayyib Ərdoğanla danışıqlar aparmaq niyyətindədir.

Qeyd edək ki, bundan əvvəl Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankaranın iki ölkə arasında vasitəçi olmağa hazır olduğunu demişdi. M.Çavuşoğlu deyib ki, Türkiyə regionda vəziyyətin gərginləşməsindən narahatdır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol