Menu

“Səfir olmaq istəyirəm! Yoruldum işsizlikdən!” – Xeyrəddin Qoca üsyan etdi…

02.03.2019, 13:57
“Səfir olmaq istəyirəm! Yoruldum işsizlikdən!”  – Xeyrəddin Qoca üsyan etdi…

Sabiq deputat, publisist Xeyrəddin Qoca Prezident İlham Əliyevin mədəniyyət və incəsənət xadimləri ilə dünənki görüşündən təsirlənərək, dövlət başçısından səfir vəzifəsini istəyib.

“AzPolitika.info”nun məlumatına görə, X.Qoca “Facebook” vasitəsilə dövlət başçısına belə bir çağırış edib.

“Cənab Prezidentdən mənim də bir xahişim var: Səfir olmaq istəyirəm! Yoruldum işsizlikdən!...”, - deyə X.Qoca üsyan edib.

YAP-ın qurucularından olan X.Qoca 1995-ci ildə 1-ci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib. 1997-ci ilin dekabrından 2003-cü ilin mart ayına qədər Türkiyə Cümhuriyyətinin İstanbul şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsində işləyib. Ona 1-ci dərəcəli Fövqəladə və Səlahiyyətli Elçi rütbəsi verilmişdir. O, uzun illərdir işsizdir.

V.Nəsibov

Şərhlər

vuqar 2019-03-02 13:57:01

XEYREDDIN mellimin cagirisi umudunu itirmis bir AZERBAYCAN vetendasinin cagirisina daha cox oxsayir,yeni o muraciet bircox seylerden xeber verir.

antiAbu 2019-03-02 13:57:01

İşsiz qalanda Heydər Əliyevin ünvanına nəlayiq sözlər deyənlərin hamısına iş verilib. Hacıbala 1993-1995-ci illərdə işlədiyi Kriogen Korpusunun birinci mərtəbəsində qoyulmuş divanın üstündə oturub Heydər Əliyevin ünvanına nəlayiq sözlər deyirdi. İndi Baş nazirin müavinidir. Məktəbliləri başına yığıb şou düzəldir, şer deyir. Axı sən də işdən çıxandan sonra bulvarda Mübarizin çayxanasında oturub ağzıva gələni danışırdın. Ağzıvı onda mən yumdum. Buna görə sənə hökmən iş verəcəklər!

Alı 2019-03-02 13:57:01

Xeyrəddin Qoca.Yəni sən hələ də anlamamısan ki, YAP-ı yaradanlar H.Əliyevdən sonra bu iqtidardakıların ən nifrət elədiyi zümrədir? Köhnələr indi baş verənlərlə barışmayacagını, "əksinqilabçı" olacaqlarını hakimiyyətin zirvəsindəkilərin beyninə yeritdilər.Ortaya yaltaq, yalaq, səxsiyətini bir zənbil ərzaga satan şarlatanların çıxması üçün tam münbit şərait yaratdılar.Ölkəni başdanbaşa syasət "TAMADALARI" bürüdü və nəticəsi də göz önündədir.Hələ salamatsan, zindana atılmamısan şükr elə.Otur pensiyanı ye....

Sara 2019-03-02 13:57:01

A kishi bu .... ne nashukur adamlardir, bizi minim seyirdirler. Ayagi yere deyeni deyir men at belinde olmaliyam. Xeyredin..... Korlar cemiyyetinin gezetinde bir cizma qara etmishdin onun haqqini helede isteyirsen. ..

Xalid 2019-03-02 13:57:01

Xeyrəddin, tələsdirmə camaatı. Qoy Mikayıl Cabbarovun cəddü-əqrəbasını işlə təmin etsinlər, sonra!

t.ədalət 2019-03-02 13:57:01

Xeyrəddin Qoca normal pensiya alır.İşsizlikdən əziyyət çəkən nə qədər gənclər var..

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol