Menu

Pakistan bu gün özünün hava məkanını açmaq niyyətindədir

05.03.2019, 15:58
Pakistan bu gün özünün hava məkanını açmaq niyyətindədir

«AzPolitika.info» xarici KİV-ə istinadla xəbər verir ki, bu gün Pakistan öz hava məkanını açmağa hazırlaşır. Uçuşlara qadağa bir neçə gün bundan əvvəl Hindistanla münaqişə fonunda qoyulmuşdu və bir neçə dəfə müddəti uzadılmışdı.

Nyu-Dehli İslamabadı terrorçuları dəstəkləməkdə günahlandırmışdı və terrorçuların Kəşmirin Pakistan hissəsindəki düşərgəsinə hücum etmişdi. Ardınca, Pakistan hərbi-hava qüvvələri (HHQ) buna hava hücumu ilə cavab vermişdi. İslamabad məhz bundan sonra öz hava məkanını uçuşlar üçün bağlı elan edib.

Münaqişə səbəbilə, fevralın 27-də Hindistan da şimal ştatları üzərində hava məkanını bağlamışdı, amma bir neçə saatdan sonra bu məhdudiyyəti aradan götürmüşdü.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol