Menu

Latviya prezidenti Avropa ölkələrinə çağırış edib - «Rusiyaya qarşı birləşək...»

10.03.2019, 20:00
Latviya prezidenti Avropa ölkələrinə çağırış edib  - «Rusiyaya qarşı birləşək...»

«AzPolitika.info»-nun xarici KİV-ə imstinadla verdiyi xəbərə görə, Latviyanın prezidenti Raymond Veysonis «Spiegel» qəzetinə verdiyi müsahibədə bəyan edib ki, Rusiya «geopolitik məqsədlərinə çatmaq üçün» arqessiv siyasət yürüdür və Avropa ölkələrindən birinə hücum edə bilər.

“Bizim bir gün Rusyanın Ukraynada törətdiyi kimi, hər hansı Avropa ölkəsinə hücum etməsi halında onu durduracaq etibarlı faktorlara ehtiyacımız var. Avropa bu məsələdə vahid olmalıdır”, - deyə R.Veyonus bildirib.

Onun sözlərinə görə, Avropa ölkələri sayıq olmalıdırlar. «Dayandırıcı amil lazımdır» - deyə, Veysonis əlavə edib.

O, həm də növbəti dəfə «Şimal axını-2» qaz kəmərinin tikintisini tənqid edib və onu «geosiyasi layihə» adlandırıb.

Şərhlər

Türk 2019-03-10 20:00:22

AY,Veyonis deyəsən sən ABŞ-ı və onun rəhbərlik etdiyi NATO-nu yaxşı tanımırsan.Müsəlman ölkələrini darmadağın edən,yaxın şərqi qan gölünə çevirən İsrailin arxasında dayanan ABŞ və Latviyanında üzvü olduğu NATO-dur.Buradan belə nəticə çıxır ki,bu gün müsəlman aləmində tökülən qanlarda sizində əliniz var.Təcavüzkar bir hərbi blokun üzvüsünüz.Bir Müttəfiqiniz ABŞ-dan soruşun Venesueladan,Kubadan,Nikaraquadan,Suriyadan və digər qan gölünə çevirdiyi ölkələrdən nə istəyir.Sən ABŞ-ın sifarişini yerinə yetirirsən

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol