Menu

İçkili olduğu üçün teatrdan qovuldu - “Bu teatrda içməyən artist yoxdur...”

11.03.2019, 00:30
İçkili olduğu üçün teatrdan qovuldu - “Bu teatrda içməyən artist yoxdur...”

“AzPolitika.info” Rusiya mətbuatına istinadla xəbər verir ki, dahi Konstantin Stanislavskinin əsasını qoyduğu məşhur Moskva Bədii Teatrının (MXAT) rəhbəri Eduard Boyakov aparıcı aktyorlardan olan Anton Xomyatovu tamaşalardan uzaqlaşdırıb.

Bədii rəhbərin bu qərarından sonra aktyor reanimasiyaya yerləşdirilib. Hər şey isə aktyorun tamaşadan əvvəl teatrın rəhbərilə eyni liftə minməsindən başlayıb. E.Boyakov liftdə hiss edib ki, A.Xomyatovdan alkoqol qoxusu gəlir. Sonradan aktyor etiraf edib ki, tamaşadan əvvəl 100 qrama yaxın konyak içib. Bu da onun ardıcıl olaraq, bir neçə dəfə səhnəyə çıxmasından sonra yaranan boğaz ağrıları ilə əlaqədar olub. Lakin teatrın bədii rəhbəri bu bəhanələri qəbul etməyib. Tamaşadan sonra aktyora bildiriblər ki, artıq onun rolu başqa birisinə verilib. Eşitdiklərindən kəskin şəkildə təzyiqi qalxan və halı pisləşən A.Xomyatovu xəstəxanaya çatdıraraq, reanimasiyaya yerləşdiriblər.

Özünə gələndən sonra aktyor ərizə yazaraq, teatrdan getdiyini bildirib. O, həmçinin deyib ki, artistlərin tamaşadan öncə spirtli işki qəbul etyməsi adi haldır. Bunu Vladimir Vısotski, Oleq Dal, Anatoli Papanov və Yevqeni Leonov kimi əfsanəvi aktyorlar da ediblər: “Ümumiyyətlə, MXAT-da içməyən artist yoxdur...”

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol