Menu

“53 milyard pulun hara xərcləndiyi niyə gizlədilir?" - Qubad İbadoğlu

21.03.2019, 19:49
“53  milyard pulun hara xərcləndiyi niyə gizlədilir?" - Qubad İbadoğlu

“2008-ci ildən 2018-cu ilədək dövlət büdcəsindən tikinti layihələri üçün 53 milyard 206 milyon manat vəsait xərclənib. Bu dövrdə xərclənmiş vəsaitin orta illik miqdarı 4 milyard 837 milyon manat olub”.

Bu sözləri iqtisadçı ekspert Qubad İbadoğlu yazıb.

Ekspert qeyd edib ki, tikintiyə ayrılmış pulların xərclənməsinə dair məlumatlar hətta Milli Məclisdən də gizlədilir: “Büdcə xərlərinin hər il 30-35 faizi bu xərc maddəsi üzrə ayrılsa da, indiyədək vəsaitin hara, necə və kim tərəfindən xərclənməsinə dair məlumatlar nəinki ictimaiyyətdən, hətta Milli Məclis üzvlərindən də gizlədilir. Çünki, tikintiyə ayrılan vəsaitlər Azərbaycan dövlət büdcəsinin ən çox korrupsiyalaşmış xərc maddəsidir. Cari ildə dövlət büdcəsindən tikintiyə 6 milyard 390 milyon 600 min manat vəsait ayrılacaq, amma nəinki onun təsnifatı, hətta layihələr üzrə bölgüsü belə açıqlanmır”.

Şərhlər

Kendci balasi 2019-03-21 19:49:06

Deputat deyir ki, Naxcivana cox dotasiya qoyulub. Amma, onun kendi deyismeyib. Budce ve dovlet kimlere ve haralara yoneldilir ve xalqa ne catir? Menzil bu gun "4 divar" tam oz deyerine satilir ve alan 20 il de elave borca salinir? Hem de qalan budce butun Azerbaycandan cox, Baki, Qarabag siyaseti ve onun terefdaslarina yonlenmeyibmi?

Vəli 2019-03-21 19:49:06

Xalqın dövlətin pulunu xalqdan gizlədirləsə deməli talançı məmurlar o pulu oğurlayıb bölüşdürür və ötürürlər xarici ölkələrə. Yəqin büdcə pulundan başqa da çox pullar talanır oğurlanır. Ölkənin iqtisadiyyatında elə buna görə də şəffaflıq yoxdur. Və uzun illər bu yollarla ölkə talan edilibdir.İndi də ona görədə əhali yoxsul,bonkrot vəziyyətdədir.

Yengibar 2019-03-21 19:49:06

Büdcə talanı bu gün də davam edir. Ona görə də büdcə şəffaflığı çox mühümdür.

EJDER 2019-03-21 19:49:06

BRAVO.TALANMA VAR,MOLODES BES MESULIYYET KIMIN UZERINE DUWUR...YEQIN ERMENISTANIN...NIYYY.BELI BIZ COOOOX GUCLUYUK.DIQALAR UWE SURUNE SURUNE GEZIRLER.MESAJLARIMIZINDA SAYI HESABI YOXDUR,QOY TELAW ICINDE QALSINLAR...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol