Menu

Güləş üzrə Azərbaycan çempionu İŞİD-ə qoşuldu - FOTO

25.08.2014, 14:15
Güləş üzrə Azərbaycan çempionu İŞİD-ə qoşuldu - FOTO

Rəşad Baxşəliyev həyat yoldaşı və körpəsi ilə Suriyaya yola düşüb

İsmayıllı rayonundan Əsəd rejiminə qarşı döyüşlərdə iştirak etmək üçün Suriyaya gedən 5 nəfərdən birinin kimliyi dəqiqləşib.

Azvizion.az Suriyada İŞİD cəbhəsinə qoşulan İsmayıllı sakinlərindən birinin peşəkar güləşçi, respublika yarışlarında yüksək nəticələr əldə etmiş idmançı Rəşad Baxşəliyev olduğunu öyrənə bilib.

O, İsmayıllı Olimpiya-İdman Kompleksində güləş üzrə məşqçi işləyib. Rəşad Baxşəliyev ölkə çempionatında bir neçə dəfə birinci və ikinci yerə layiq görülüb.

Ailəsinin bildirdyinə görə, R.Baxşəliyev Suriyaya həyat yoldaşı və körpəsi ilə gedib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol