Menu

«Seçkilərdə Poroşenko qalib gəlsə, Ukrayna parçalanacaq» - PATRUŞEV

26.03.2019, 14:45
«Seçkilərdə Poroşenko qalib gəlsə, Ukrayna parçalanacaq» - PATRUŞEV

Əgər Ukraynanın fəaliyyətdə olan prezidenti Pyotr Poroşenko prezident seçkilərində qalib gəlsə, bu, ölkənin problemlərinin dərinləşməsinə səbb olacaq. Gələcəkdə isə cəmiyyət daxilində ziddiyyətlərin dərinləşməsinə və dövlətin parçalanmasına gətirib çıxara bilər. Bu barədə «İzvestiya» qəzetinə müsahibəsində Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bəyan edib.

Əgər Poroşenko hakimiyyətdə qalsa, Ukrayna və Rusiya arasında münasibətlər normallaşmayacaq, deyə Patruşev qeyd edib. Onun sözlərinə görə, Ukrayna prezidenti artıq həlledici addımı atıb - iki ölkə arasında dostluq, əməkdaşlıq və həmkarlıq barədə Müqavilənin fəaliyyətini dayandırıb.

«Hazırda Ukrayna xaricdən idarə olunur, daha dəqiqi - Vaşinqtondan. Amerikalılar öz bayanatlarında təsdiqləyirlər ki, onlar seçiləcək istənilən namizədi dəstəkləyəcəklər. Bununla bərabər, aydın görünür ki, onlar Poroşenkoya oriyentasiya edirlər - o, okeanın obiri tayındakı kuratorların bütün göstərişlərini yerinə yetirir» - deyə, Patruşev qeyd edib.

Ukrayna xalqı arasında Poroşenkonun fiquru milli-ekstremist qruplaşmaların adı, insan haqlarının kütləvi pozulması, iqtisaliyyatın dağılması və əhalinin yoxsullaşması ilə assosiasiya olunur.

Ona görə də Poroşenkonun keçirdiyi populist aksiyalar onun populyarlığını qaldırmayacaq və ona seçici dəstəyi qazandırmayacaq.

Bununla əlaqədar olaraq, seçki öncəsi dövrdə səsvermənin saxtalaşdırılması texnologiyaları tətbib olunur.

Patruşev bildirib ki, artıq indidən Donetsk və Luqansk əhalisinin və Ukraynadan Rusiyaya getmiş əmək miqrantlarının personal məlumatlarından istifadənin görünməmiş imkanları yaradılır. Bu insanlar nə səs verə bilmirlər, nə də səslərindən qanunsuz istifadəyə görə, etiraz edə bilmirlər.

Şərhlər

Əhməd 2019-03-26 14:45:30

Qorxunun əcələ faydası yoxdur! Ukraynalılar Poraşenkonu prezident kimi seçəcəklər! Bax onda növbəti 5 ildə rusiya dövlət kimi dağılacaq. ruslar bütün güclərini atıblar Ukraynanın yeni prezidentinin onlarınki olmasını istəyirlər. Poraşenkoda qalsa krımda, dombasda törədilən cinayətlərə görə ruslar beynəlxalq məhkəmələrdə cavab verəcəklər. Tezliklə MDB ölkələri başa düşəcəklər ki, bu məkənda törədilən cinayətlərin arxasında rusiya durur.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol