Menu

Şəhid ailəsinin evini oliqarxa verən qərarı çıxaran hakim Qarabağdandır - Paradoks

30.03.2019, 14:59
Şəhid ailəsinin evini oliqarxa verən qərarı çıxaran hakim Qarabağdandır - Paradoks

Tikinti oliqarxı, “Şərurlu İsfəndiyar” kimi tanınan İsfəndiyar Axundovun aprel şəhidi Sənan Axundovun ailəsinə məxsus evi əlindən almasına dair məhkəmə qərarı çıxaran hakim Əsəd Mirzəliyevlə bağlı yeni məlumatlar yayılb. Məlum olub ki, nə qədər qəribə görünsə də, Ali Məhkəmənin 65 yaşlı hakimi Əsəd Mirzəliyev özü də Qarabağdandır, əslən Ağdamdan rayonundandır.

"AzPolitika.info"nun məlumatına görə, Qarabağ uğrunda Şəhid olan bir polkovnikin ailəsinin evinin əlindən alınmasına şərait yaradan qərara imza atan hakimin də Qarabağdan olması sosial şəbəkələrdə günün paradoksu kimi təqdim edilib. Ancaq Azərbaycan məhkəmə sistemində baş verənlər barədə məlumatlı onlar  bunun heç də təəccüblü olmadığını bildiriblər.    

Xatırladaq ki,  Sənan Axundov vəfat etməmişdən bir neçə il əvvəl “Kamran MMC”-nin tikdiyi binadan 50 kvadratmetr yer götürüb, sonra “Kamran MMC”-nin işçiləri haqqında fırıldaq etdiklərinə görə cinayət işi başlanılıb və binanın 11 mərtəbəsini “Şərurlu İsfəndiyar” alıb. Həmin binada əlavə 5 mərtəbə də tikib. “Şərurlu İsfəndiyar”ın sakinlərlə şərti belə olub ki, binadakı mənzillər üçün yenidən onun istədiyi qiymət ödənilməlidir. Sənan Axundov sağ olanda öz hüququnu qoruyub və məhkəmələrin birində qanuni qərar çıxarılıb ki, binadakı 50 kvadratmetrlik yerin sahibi onun özüdür.

Şərurlu İsfəndiyar isə dayanmayıb. Sənan şəhid olandan sonra ailəni məhkəməyə verib və məhkəmə prosesini qazanıb.

Yeni tərkibli hakimlər belə qərar çıxarıblar ki, iddiaçı ailənin əlindəki sənədləri “Kamran MMC” verdiyinə görə saxta sayılır. Lakin eyni sənədlərlə binada öz haqqını tələb edib, mənzilinə sahib olan bir-iki nəfər var. Həm də ki, bina sakinlərinin hamısı “Kamran MMC”-dən aldıqları sənədləri, “Şərurlu İsfəndiyar”ın şirkətinin verdiyi sənədlərlə əvəzləyiblər.

Şəhid Sənan Axundovun ailəsi bir neçə dəfə binadakı özlərinə aid olan yerdə təmir-bərpa işləri aparıblar. İsfəndiyarın adamları isə bu otaqları vurub-uçurublar. Hətta əri ölən qadının düşdüyü hal da onları pis niyyətlərindən, bəd əməllərindən çəkindirməyib. Bu günə qədər aparılan müxtəlif məhkəmə çəkişmələrinin sonunda, Ali Məhkəmə yenidən “Şərurlu İsfəndiyar”ın xeyrinə qərar çıxararaq, şəhid ailəsinin adına olan 50 kvadratmetrlik yeri əllərindən alıb.

Şəhidin xanımı Nəcibə Axundova açıqlama verərək bildirib ki, “Şərurlu İsfəndiyar”a əlavə ödəniş etməkdən imtina etdiklərinə görə, evləri əllərindən alınıb: “Mən Şərurlu İsfəndiyardan əlavə mənzil və ya başqa heç nə istəmirəm. Tələbim yalnız haqqını ödədiyimiz mənzilimizdir. Onu da İsfəndiyar yalnız ikiqat pul ödədikdən sonra bizə verəcəyini deyir. Əvvəl bizdən 100 min, sonra 53 min manat istəmişdilər. Biz bu mənzilə 53 min manat ödəmişdik, 11 min manat isə borcumuz qalmışdı. Əlavə ödəniş verməyə razılaşmamışdıq. Bina təhvil veriləndən sonra 76 ailədən mənzillərin ikiqat qiymətini tələb etdi və razılaşanlara çıxarış verildi. Kim ki onun istədiyi məbləği vermədi, onların müqavilələrini yeniləmədi, saxta adlandıraraq məhkəmələrə verdi. Ali Məhkəmənin lehinə qərar çıxardığı vətəndaşlardakı müqavilələrlə onların müqaviləsi arasında heç bir fərq yoxdur. Bəs necə olur ki, məhkəmə birinin müqaviləsini saxta hesab edir, digərininkini isə həqiqi? Biz Ali Məhkəmədə bu məsələni qaldırdıq. Kasasiya şikayətinə bir müraciəti də əlavə edərək bildirdik ki, eyni şirkət, eyni bina, eyni müqaviləsi olan vətəndaş məhkəməyə müraciət edib və məhkəmə Şərurlu İsfəndiyarın əleyhinə

Vətəndaş məhkəməni udub. İsfəndiyar vətəndaşı Apelyasiya Məhkəməsinə verib. Lakin yenə Ali Məhkəmə vətəndaşın hüquqlarını müdafiə edib və onun lehinə qərar çıxarıb. 

N.Axundova onu da əlavə edib ki, dünənki prosesi aparan hakim Əsəd Mirzəliyev onların fikirlərinə önəm verməyib və şəhid ailəsinin hüquqlarının tapdalanmasına göz yumub: “Elə ilk başda bizə əlavə heç bir fikir söyləməməyimiz tapşırıldı. Mən dərhal buna etiraz etdim. Çünki o ev, o mənzil mənim pulumla tikilib. Bunu qeyd etməməliyəm? Məhkəmə hələ başlamamışdı, amma artıq çıxarılacaq qərar bəlli idi.

Məhkəmə bizə söz vermək, fikrimizi dinləmək istəmirdi. Bu, adi qonşu mübahisəsi deyil, mal-mülk davası deyil. Bu, biznesmenin Azərbaycan torpaqları uğrunda canından keçmiş oğulun, şəhidin ailəsinə qarşı ədalətsizliyidir. Mən demirəm kimsə bizə əlavə üstünlük versin, mən öz haqqımızı tələb edirəm. Lakin məsələyə obyektiv yanaşılmırdı.”

Şərhlər

Qambay 2019-03-30 14:59:24

Davamı:Hakim yalnız işdə olan mötəbər və danılmaz sübutlara əsaslanıb müvafiq qərar qəbul etməlidir,şifahi söz -söhbətlərə,hüquqi cəhətdən əsaslandırmayan ara sözlərinə əsasən yox.Mülki işlərdə sübut etmə vəzifəsi tərəflərin üzərinə düşür,məhkəmənin(cinayət və inzibati işlər istisnadır)yox.Həm də ali məhkəmənin hakimi işə mahiyyəti üzrə baxmır,yalnız 1-ci və apellyasiya mərhələsində işlərə baxılarkən maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilməsi məsələlərinə baxır.

1-ci qrup hərbi əlil 2019-03-30 14:59:24

Mənim özəl 2 otaqlı mənzilimi Şahmar İbadov iş adamı Hacı Rafiqlə əlbir olub zorla əlimdən ucuz qiymətə alıb yerində pilot lahiyə adıyla tibb mərkəzi tikirlər.Heç kəsdən qorxmadıqlarını bildirir və razlaşmadığımız təqdirdə mən 1-ci qrup hərbi əlili anamla birlikdə çölə atacaqları ilə hədələyirlər.

Lerikden Mehemed Hesen emi 2019-03-30 14:59:24

Ar olsun sizin her ikinize , ay vicadanini puldan alcaq tutanlar, bir wehid zabitin bawsiz qalan ailesinden bir miqdar pul qoparmaqlami doyacaqsiz? xeyir hec vaxt sizin gozunuz yalmaqla daha doymaz ve olun yere girin ki biriniz Qarabaqli biriniz yeraz ,her ikinizin babalarinin qebri uqrunda wehid olub o zabit, eyer sizin kimiler Lerikden olsaydi 87 yawim olmasina baxmaz Bakiya gelib uzunuze tupurerdim.

Hamiz mammadov 2019-03-30 14:59:24

Serur isfendiyarov sizin millionlariniz var .yeni 50kv evi wiymeti o qederdiki sehid ailesinin evini gozdikirsiz.ayib olsun size hec neyi o biri dunyaya aparmayacaqsiz.

yalçın 2019-03-30 14:59:24

burada istər-istəməz bölgə mənsubluğu qabardılır..ona qalsa heç İsfəndiyar da Şərurlu deyil, Qərbi azərbaycandandır..özü də bunu dəfələrlə etiraf edib..

vararaq əlili 2019-03-30 14:59:24

MƏHKƏMƏNİN QANI YOXLANILSIN..

t.ədalət 2019-03-30 14:59:24

Hakimin haralı olmasının işə nə dəxli var?Qarabağ Azərbaycanın bir hissəsidir və hamımızın Vətənidir.Əslən qarabağlı olan,uzun illər hakim vəzifələrində çalışan,hamının sevgisini qazanan Şahin Rüstəmov kimi oğullar da var.Vətən sevgisi hamıda olmur.ermənistan ordusuna rəhbərlik edən seyran ohanyanın anası erməni, atası isə Qarabağ azərbaycanlısıdır.(həmişə biz anası ,arvadı ermənilərdən qorunmalıyıq!)Odur ki,adamları harda doğulduğuna görə yox,Azərbaycan sevgisinə sədaqəti ilə qiymətləndirmək lazımdır.

QARABAĞ ƏLİLİ 2019-03-30 14:59:24

BU ŞƏƏRURLU iSFƏNDIYAR NIYƏ ŞƏRURDA BIR DAM BELƏ TIKMIR,BƏZİ YERLİBAZ HAKİMİYYƏTDƏKİLƏRİN HESABINA KÖÇÜB GƏLIB BAKIYA, OLIQARXA ÇEVRILIB. BAKIDA MƏNƏMLIK EDIR. hAKİMƏ RÜŞVƏT VERİB ŞƏHİD AİLƏSİNİN EVİNİ ƏLİNDƏN ALDIRIR.ƏGƏR ONDA AZƏRBAYCANLI QANI VARSA,HƏLƏ ŞƏHİD AİLƏLƏRİNƏ 5-10 EV BAĞIŞLAYARDI, NƏİNKİ ŞHİD AİLƏSİNİ EVDƏN ÇIXARMAQ.AYIB!

Mirzə AĞ 2019-03-30 14:59:24

Mərc gələrəm - bu Mirzəliyev Ağdamlı deyil, gəlmədir!!!

Qambay 2019-03-30 14:59:24

Doğrudan da qəribə XALQIQ! Həm ancaq qanunların işlədiyi,qanunun şah olduğu cəmiyyətdə yaşamağı arzulayırıq,həm də hakim Əsəd Mirzəliyevin baxdığı mülki işin içində olan toplanmış sübutlarla tanış olmadan hakimin ədalətsizliyi,şəhidin “qan pulu”nu yeməsi,”qanının şübhəliliyi”və sair qanunsuz hərəkətləri barədə tələm tələsik,emosional verdikt qəbul edirik.Öncədən onu deyim ki,mənim nə hakimi,nə də İsbəndiyar Axundovu müdafiə etmək,şəhid ailəsinin mövqeinin isə nahaq olduğunu söyləmək niyyətim yoxdur.

buzlaq 2019-03-30 14:59:24

Əvvəla onu deyim ki, indi hamı naxçıvanlı, naxçıvan klanı deyirlər onların heç biri naxçıvandan deyil. Onlar ya yeraz, ya da kürddürlər. Əsl Naxçıvanların müəyyən hissəsini sovet dövrü oradan didərgin saldılar və oraya yerazları və kürdləri doldurdular. Sonrası hakim ağdamlı yox lap istəyir veneradan olsun. Onun başında ona barmaq sirkələyən görün neçə nəfər oturur.... O hakimə desələr ki, səhərə kimi tpənin üstündə dur durmalıdır. Əks halda onu da qatacaqlar erməni dəyirmanına su tökənlərin yanına.

EJDER 2019-03-30 14:59:24

BELI,BRAVO...60 MANAT COREK PULU ALIR...KOMUNALDAN QAJQIN KIMI AZADDI.MOLODES...YETER,ANALOQU OLMAYAN INKIWAFDAN ,ISLAHATDAN DANIWIN.HACIBALANIN SESI CIXMIR....

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol