Menu

Paşinyan yaxın qohumunu həbs etdirir - “Mazoxist təəssüratı bağışlamaq istəmirəm, amma...”

05.04.2019, 14:30
Paşinyan yaxın qohumunu həbs etdirir  - “Mazoxist təəssüratı bağışlamaq istəmirəm, amma...”

“AzPolitika.info” xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan öz Facebook səhifəsində yaxın qohumlarından birinə qarşı onun təşəbbüsü ilə cinayət işi qaldırıldığını yazıb. Söhbətin baş nazirin hansı qohumundan getdiyi məlum deyil.

Cinayət işinin vəzifədən sui-istifadə etmə maddəsi ilə qaldırıldığı bildirilir. Paşinyan bu populist addımını belə izah edib: “Mazoxist təəssüratı bağışlamaq istəmirəm, amma bildirirəm ki, mənim birbaşa göstərişim əsasında yaxın qohumlarımdan birinə qarşı vəzifəsindən sui-istifadəsilə əlaqədar cinayət işi açılıb. Heç bir şübhə ola bilməz ki, bu məsələ üzrə obyektiv araşdırma aparılacaq və günahkarlar qanuni cəzalarını alacaqlar. Bu, yeni Ermənistandır və baş nazirin qohumu qanundan üstün ola bilməz.”

Xatırladaq ki, Paşinyan hakimiyyətə gələndən sonra sabiq prezident Robert Koçaryan da daxil olmaqla, bir çox vəzifəli şəxslərə qarşı cinayət işi açılıb, həbslər həyata keçirilib.

Şərhlər

Geber 2019-04-05 14:30:19

Pşik ( rucca hec kim . lüğəti Nikto )in yan / buddistlərin Dao simvoıu bənzər qeyri yaradici quvvəsi ilə yaradici quvvəsi / .

Carlz Darvinə Allah rəhmət eləsin . elə Məşədi ibada da , hər iki şəxsin təkamül nəzəriyyəsinə töhfələr biri birini tamamlayir

Sinqapurda bir təlxək pulun ehtirasindan ,dostunu tutturub , kimin başina ğəlmir ,ki ?
Lakin o sinqapurlu şimpanze öz ləzzətini , meymun təxəyullu insanlar ücün korrupsiyyaa qarşi Malevicin qara kvadrati ğöycay nari kimi ümümi bəşər

ardi var

Əli 2019-04-05 14:30:19

Populist niyə olur ki adamı türməyə basmaq populist dirsə bizim məmurlar da etsin

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol