Xəbər verdiyimiz kimi, “Space” telekanalı “Hər Səhər” verilişində müğənnilər Rüfət Axundov və Rəşad İlyasovun mahnını söyüşlə oxuması səbəbindən Milli Televiziya və Radio Şurası (MTRŞ) tərəfindən cərimələnib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, efir zamanı mikrofonları bağlamağı unudan səs rejissoru işdən qovulub.
Qeyd edək ki, həmin videoda qeyri-etik ifadələri ilk olaraq işlədən müğənni Rəşad İlyasovun mikrofonun bağlı olduğu bildirilir. Belə ki, o, mikrofonunu işarə edəndən sonra manısın səsi efirə verilir. Ardınca isə onların həmin etik olmayan kəlimələri efirdə dilə gətirilir.
Qeyd edək ki, bu ilk belə hal deyil. Başqa vaxtı millətə mədəniyyətdən dərs verən müğənnilərin efirdə özlərini biabırçı şəkildə aparmaları, bəzilərinin artıq söyüş söyməyə başlaması, oxuduqları mahnının sözlərini dəyişərək, biabırçı ifadələr işlətmələri onların əslində hansı tərbiyəyə malik olduqlarını göstərir. Görünür, mikrafon hesabına toylarda qazandıqları havayı pullar bir qrup müğənnini elə harınladıb ki, efirdən millətə həqarət etməkdən çəkinmirlər. Nə qədər ki, bu manıslar efirlərdə başa keçiriləcək, belə də davam edəcək...
AzPolitika.info


Şərhlər
Bu hadisənin təsadüfi olduğunu hesab edənlər yanılırlar.Bu iş qabaqcadan planlaşdırılmış siyasi təxribatdır və məlum klanın əks tərəfə ötürülmüş mesajıdır.Məsələni hüquq-mühafizə orqanları dərindən araşdırmalıdır.
Söyüş söyən müğənnilərə orden,medal,ev,maşın,vergidən azad və xalq artisti adı.
Mən vaxtilə şadıq evində işləyəndə məhz bu müğənnilərə səviyyəsizliklərinə görə qadağa qoymuşdum. Onlara masada oturmağa icazə vermirdim. 10 şirvanlıq müğənnicik indi 10 milyonluq xalqı ələ salır.
Eşşəyi qoyob palanı təpikləyirlər. Məncə bu müğənnilərə 15 sutka həbs və ömürlük efir qadağası cəzası verilməlidir. Bunları toya dəvət edənlə də düşünsün ki, toyda həmən mahnını oxuyarkən bu müğənniciklər ortada rəqs edən qız gəlinlər üçün də nə düşünürlər.
O,MANISLAR GELECEYIN EMEKDAR,XALQ ARTISTLARI,PREZIDENT TEQAYUDLILERI,ANALOQU OLMAYAN HOKUMETIMIZIN...,EV,BAQ,,WEREF,,WOHRET,, ORDENLERI,DAHA NELER,NELER...HA HA HA ,YOXSA 25 IL KIRAYEDE QALANWEHID AILESINE ANALOQU OLMAYAN HOKUMETIMIZIN QAYQISI NETICESINDE EV VERILDI...BRAVO.LUKAWENKO CANI...QAYCILAR I ITELEYIN
...qalıb bir tərəfdə,palanı təpikləyirlər. Mügənnilərdən pul alıb efirə buraxırlar, onlar da... üçün düzüb qoşduğu mahnını oxuyur.