Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğvedicisi olduğu “Gəncə Bank” ASC-nin kreditorlarına müraciət edib.
Müraciətdə bildirilir ki, aprelin 15-dən Bankın təminatsız kreditorların tələblərinin ödənilməsinə başlanılacaq.
Kreditorlar “Gəncə Bank” ASC-nin Gəncə şəhəri, Atatürk prospekti, 260 ünvanında yerləşən baş ofisinə və ADIF-in Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 16 ünvanında yerləşən inzibati binasına müvafiq sənədlərlə və bank rekvizitləri ilə müraciət edə bilərlər.


Şərhlər