Menu

FHN İrana humanitar yardım göndərəcək - Prezidentdən tapşırıq

09.04.2019, 17:38
FHN İrana humanitar yardım göndərəcək - Prezidentdən tapşırıq

Prezident İlham Əliyev İrana humanitar yardım göndərilməsi barədə tapşırıq verib

"AzPolitika" FHN-nin saytına istinadla xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyi Azərbaycan Hökuməti adından İran İslam Respublikasında aramsız yağan yağışlar nəticəsində baş vermiş təbii fəlakətlə əlaqədar bu ölkəyə humanitar yardım yola salacaq. Hazırda ümumi dəyəri 950 min manat olan humanitar yardımın yola salınması üçün müvafiq hazırlıq işləri görülür.

Qeyd edək ki, baş vermiş təbii fəlakət insan itkisi və dağıntılara səbəb olub, infrastruktura ciddi ziyan dəyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol