Menu

Mingəçevir DYP-yə yeni rəis təyin olunub

26.04.2019, 20:59
Mingəçevir DYP-yə yeni rəis təyin olunub

Mingəçevir şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinə yeni rəis təyin olunub.

ONA-nın Mingəçevir bürosunun məlumatına görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb. Əmrə əsasən, polis mayoru Cəmşid Murtuza oğlu Abbasov Mingəçevir Dövlət Yol Polisi bölməsinin rəisi rəis təyin edilib.

Qeyd edək ki, Cümşüd Abbasov buna qədər Ağsu Regional Qeydiyyat İdarəsinin texniki baxış şöbəsinin müfəttişi vəzifəsində çalışıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol