Menu

Doğum evlərində körpələrə qoyulan qan qrupları səhv çıxır – ŞOK FAKTLAR (Araşdırma)

27.04.2019, 10:10
Doğum evlərində körpələrə qoyulan qan qrupları səhv çıxır – ŞOK FAKTLAR (Araşdırma)

Hər bir uşaq doğulanda ilk saatlarda ondan müəyyən analizlər götürülür və ilk növbədə qan qrupu təyin edilir. Bu qan qrupu doğum evində açılan tibbi kitabçaya qeyd olunur. Valideynlər də övladlarının hansı qan qrupunda olduğunu bilir. Xatırladaq ki, uşağın qan qrupu ata-anadan fərqli ola bilər. Qan qrupunun dəqiq bilinməsi həmin insanın gələcəkdə ağır qəza, əməliyyat zamanı qan itkisi baş verərsə, təcili uyğun qan tapılması üçün vacibdir.

Amma təsəvvür edin ki, siz I+ və ya II – rezus faktoru ilə doğulduğunuzu bilirsiz, günlərin bir günü sənəd alınması üçün ASAN Xidmətdə qan analizi veriləndə məlum olur ki, qan qrupunuz III qrupdur.

"Əgər qan qrupu səhv müəyyən olunan uşaq əməliyyata alınarsa və qan lazım olarsa, pediatriya institutunda cərrahlar bunu necə təyin edir” sualına baş həkim bildirdi ki, uşaq reanimasion şöbəyə və ya cərrahi əməliyyata alınanda ananın sözü və ya pasporta baxılmır:

"Mütləq uşaqdan yerindəcə qan götürülür, özümüz yoxlayıb, qrupunu dəqiq biləndən sonra qan köçürülür. Buna nəinki dövlət, özəl xəstəxanalar da əməl edir və etməlidir. Ona görə bizim təcrübədə yanlış qan qrupundan, qan köçürülərkən itirdiyimiz xəstə olmayıb”.

Qeyd edək ki, mövzu ilə bağlı bir çox qruplarda apardığımız sorğularda bir neçə valideyn məhz uşağa şəxsiyyət vəsiqəsi alanda qan qrupunun fərqli olduğunu aşkarladıqlarını bildirdi. Adı çəkilən klinikalar içərisində bir iki dövlət doğum evi ilə yanaşı, Leyla Şıxlınskaya klinikasının da adı yer alır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol