Menu

Siyavuş Novruzov nazir müavini təyin ediləcək?

30.08.2014, 14:47
Siyavuş Novruzov nazir müavini təyin ediləcək?

YAP-çı deputatın Gənclər və Idman Nazirliyində müavin postunə gətiriləcəyi bildirilir

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov yaxın vaxtlarda yüksək vəzifəyə təyin olunacaq.

Bu barədə"Azadliq"a daxil olan məlumatda deyilir ki, YAP-çı deputat Gənclər və İdman Nazirliyində müavin postuna gətiriləcək. Məlumata görə, Siyavuş Novruzov nazir olmaq istəyirmiş. Lakin “yuxarılar” hələ Azad Rəhimovu əvəzləmək istəmədiyindən Siyavuş Novruzov müavin vəzifəsilə razılaşmalı olub.

Qeyd edək ki, YAP-ın icra katibinin başqa bir müavini Mübariz Qurbanlı da bir az əvvəl Dini Qurumlarla Iş Üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə təyin olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol