Menu

Seymur Həzi barəsində 2 aylıq həbs qərarı çıxarıldı

30.08.2014, 17:03
Seymur Həzi barəsində 2 aylıq həbs qərarı çıxarıldı

Məhkəmə Seymur Həzi barəsində 2aylıq həbs-qətimkan tədbirinin seçilməsinə qərar verib.

***

“Azadlıq” qəzeti və “Azərbaycan saatı” televiziya proqramının əməkdaşı, AXCP Rəyasət Heyətinin üzvü, avqustun 29-da şərlənərək saxlanılan Seymur Həzi bu dəqiqələrdə Abşeron rayon məhkəməsinə gətirilib. Onun barəsində həbs-qətimkan tədbirinin seçiləcəyi gözlənilir.

Məhkəmə binasının önündə səhər saatlarından etibarən Seymur Həzinin yaxınları, həmkarları və partiyadaşları toplaşıblar.

Dünən məhkəmənin saat 11:00-da olacağı elan edilmişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol