Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) hərəkət iştirakçılarına müraciət edib.
İdarədən "Report"a verilən məlumatda bildirilir ki, son günlər qeydə alınmış ağır yol-nəqliyyat hadisələrinin təhlili göstərir ki, qəzaların baş verməsinin əsas səbəblərindən biri də məhz sürücülərin sükan arxasında diqqətsizliyidir.
"BDYPİ bu səbəbdən baş verə biləcək yol qəzalarının qarşısının alınması məqsədilə bir daha sürücülərin diqqətinə çatdırır ki, nəqliyyat vasitələrini idarə edərkən son dərəcə diqqətli olmalı, sürət rejimini nəzarətdə saxlamalı, yol nişanlarına və nişanlanma xətlərinə diqqət yetirməli, sərnişinlərlə və ya mobil telefonla diqqəti yayındıra biləcək söhbətdə iştirak edilməməlidir.
Qəzaların analizi həmçinin göstərir ki, bir çox yol-nəqliyyat hadisəsinin qarşısının alınması, yaxud daha az zərərlə nəticələnməsində sərnişinlərin xüsusi rolu olur. Belə ki, öz təhlükəsizliyi naminə həyatını sürücünün ixtiyarına buraxmayan, mənzil başına sağ-salamat çatmaq istəyən sərnişinlərin ayıq-sayıqlığı, yolboyu sürücünün qaydalara riayət etməsinə, onun nəqliyyat vasitəsini idarə etmə qabiliyyətində olub-olmamasına diqqət yetirməklə sürücünün görmədiklərinə vaxtında reaksiya vermələri və ən azı onun diqqətini yayındırmamaları yüzlərlə qəzanın, o cümlədən ölüm və xəsarətin qarşısını alıb", - deyə müraciətdə bildirilir.
"BDYPİ bir daha iştirakçı kateqoriyasından asılı olmayaraq küçə və yollarda hərəkət edən hər bir şəxsi son dərəcə diqqətli olmağa, tələsmək bəhanəsi ilə 100-200 metrlik məsafəni qənimət bilib qaydalara əməl etməməklə cahilliyin qurbanına çevrilməməyə, əzizlərinizi, doğmalarınızı gözüyaşlı qoymamağa çağırıb. Eləcə də sürücülərimiz unutmamalıdırlar ki, əllərindəki təkcə sükan deyil, həm də özünün, sərnişinlərinin və piyadaların həyatıdır", - müraciətdə qeyd edilir.


Şərhlər
Sanki yol polisi yeni Amerika kəşf edib.Baş yol polis idarəsi Sürücülük vəsiqələrinin verilməsinə,imtahanların keçirilməsinə,sürücü kurslarının mövcudluğuna və məşğələlərin keçirilməsinə diqqət yönəltsələr dahabelə mənasız müraciətlərə ehtiyac olmaz.Çünki yol hadisələrinin 80-85 faizi sürücülərin naşılığından baş verir.Bir də ouu qeyd etmək yerinə düşər ki. qudurğan məmurların qudurğan evladların yollarda davranışlarına yol polisi ciddi diqqət etsin.
Hələ Sabir müəllim bilmir ki,ölkənin qanunları bəzi seçilmiş,bir zümrədən olan adamlar üçün heçdir.Təki onların ürəyi istəsin,qərarlaşsın qanun onlar üçün tualet kağızıdır.Ən pisi isə odur ki,qanunun icrasına nəzarət eməli adamlar onlara gözün üstə qaşın var deməkdən çəkinirlər.Bur Azərbaycandır.Qanun kasıblar üçündür.Bunu ki. Siz hər addımda görürsünüz.Ağaclar kəsilir,mətbuatda boş yazıdan başqa bir nəticə yox! Özəlləşmələr: İri fabrik zavodların talei nə oldu?
Bir dey,beş deyil.Xırdalanda kimin nə işi?
Xalq şairi, VHP sədri Sabir Rüstəmxanlı özünün Feysbuk səhifəsində yazıb.
Bildirib ki, belə bir acı peşmançılıq duyğusunu Xırdalana gedəndə yaşayır: "Nə maşına yol var, nə piyadaya! Deməyə söz tapmırsan! Hansı acı söz, hansı ittiham ürəyini soyuda bilər?
Niyəbizim bu ev tikənlərimiz vicdanı, məsuliyyəti, qanun qorxusunu yaddan çıxarırlar. Bunlar anlamırlarmı ki, buraları görən hər kəs 10 ildən, 30 ildən sonra da, Bakının böyründə, Xırdalan kimi bir yerdə bu cür vəhşl qazanc ehtirasıyla ev tikənlərin ata-babasını gorundan çıxaracaq, onda urvatlı bir yer qoymayacaq!..
Görəsən, dünyanın hansı vəhşı tayfası 15-20 qatlı binaların ətrafında darısqal da olsa bir səki yeri saxlamaz. Üz-üzə binalarda bir balkondan o birinə tullanmaq olar! Doğrudanmı, on illər boyu əzizlərinin ən ağır söyüşlərlə söyülməsinə razı olurlar, amma binanı bir addım geri çəkə bilmirlər?..
Niyə şərəflərini, adlarını qazanca, mal-mülkə görə belə asanca ayaq altına atırlar? Bəs bu şəhər sizin, bizim deyil? Bəs bu binalarda sizin xalqınızın övladları yaşamayacaq? Axı bu nəhəng evlər gündə sökülüb yenidən tikilmir...
Məgər hər kim harda balaca bir boş yer tapınca orda bir göydələn ucaltmalıdır?
Bəs bu Xrdalan deyilən şəhərin bir sahibi yoxdur?"