Menu

"İlk növbədə, Ermənistanda xalq sülhə hazırlanmalıdır" - Məmmədyarov

14.05.2019, 15:08
"İlk növbədə, Ermənistanda xalq sülhə hazırlanmalıdır" - Məmmədyarov

"Xalqların sülhə hazırlanmasından söhbət gedirsə, bəzi detalları açıqlayarkən, ilk növbədə, Ermənistanda xalq sülhə hazırlanmalıdır. Çünki anlamaq lazımdır ki, yaxşı qonşuluq blokadada, problemlər içərisində olmaqdan daha yaxşıdır".

ONA-nın məlumatına görə, bu barədə xarici işlər naziri Elmar Məmmədyarov Brüsseldə erməni jurnalistin sualına cavabında deyib.

"Ermənistanın iki qonşusu ilə sərhədləri bağlıdır. Düşünün, özünüz özünüzə sual verin. Biz sizə bu sualı verməli deyilik. Erməni xalqı özü özünə bu sualı verməlidir. Bəs, sonra? Sonrası necə olacaq?", - deyə nazir vurğulayıb.

Şərhlər

t.ədalət 2019-05-14 15:08:11

İlk növbədə Azərbaycan torpaqlarının azad edilməsi danışıqları aparılmalıdır.Torpaqları işğal edilən ölkə hansı sülhdən danışa bilər?Buna siyasi cılızlıq deyirlər.Vətəninə sadiq olan nazir belə danışmaz.Düşməni tanıtmaqdan biz yorulduq,ancaq bu nazir ermənilərə qayğıdan yorulmadı.Nazir Rusiyanın planı ilə hərəkət edir,torpaqların ermənilərə qalması üçün çaba göstərir.ermənistanda yaşayanların sülhə hazırlanmasının işğal eilmiş DQ ərazilərinə nə dəxli var?Yoxsa,"pişik başı bəzəyirlər"?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol