Menu

Azərbaycan Kubokunun final matçının saatı dəyişib

17.05.2019, 22:50
Azərbaycan Kubokunun final matçının saatı dəyişib

Azərbaycan Kubokunun mayın 19-da "Qəbələ" və "Sumqayıt" komandaları arasında keçiriləcək final oyununun başlama saatı dəyişdirilib.

"Report"un məlumatına görə, bu qərar hər iki klubun Peşəkar Futbol Liqasına müraciəti əsasında verilib.

Görüşün start fiti əvvəlcədən nəzərdə tutulduğu kimi 16:30-da deyil, 17:00-da çalınacaq.

Mövsümün son oyunundan öncə konsert proqramı və açılış mərasimi təşkil olunacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol