Menu

Ağstafada məktəblini qatar vuraraq öldürüb

21.05.2019, 16:18
Ağstafada məktəblini qatar vuraraq öldürüb

Ağstafa rayonunda məktəblini qatar vuraraq öldürüb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Böyük Kəsik stansiyası yaxınlığında qeydə alınıb.

Belə ki, dəmir yolu xəttini qarşı tərəfə keçmək istəyən yeniyetməni qatar vurub. O, aldığı xəsarətlərdən yerindəcə dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol