Menu

Əmrə "Fənərbağça"ya keçir - Açıqlama

25.05.2019, 00:55
Əmrə "Fənərbağça"ya keçir - Açıqlama

"Başakşəhər"in futbolçusu Əmrə Belözoğlu karyerasını "Fənərbağça"da davam etdirəcək.

Qol.az-ın Türkiyə mətbuatına istinadla yaydığı xəbərə görə, bu barədə klubun prezideni Göksel Gümüşdağ məlumat verib:

"Onunla görüşdüm və bizimlə daha 1 il qalmağını istədim. Ancaq Əmrə "Fənərbağça"da futbolçu karyerasını başa vurmaq istədiyini söylədi, mən də icazə verdim".

Qeyd edək ki, 38 yaşlı Ə.Belözoğlu 2008-2012 və 2013-2015-ci illərdə "Fənərbağça"da oynayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol