Menu

İSTANBUL YENƏ “İMAMOĞLU” DEYİR! - Rəy sorğuları AKP-ni maraqlı nəticələrlə üz-üzə qoyub

29.05.2019, 08:00
İSTANBUL YENƏ “İMAMOĞLU” DEYİR!  - Rəy sorğuları AKP-ni maraqlı nəticələrlə üz-üzə qoyub

Təəssüf ki, Türkiyənin siyasi gündəmində çox böyük gərginliyə səbəb olan təkrar seçki mövzusu ölkənin maliyyə və iqtisadi problemlərinin həlli kimi çox əhəmiyyətli məsələləri kölgədə qoymaqdadır. Bu səbəbdən əksər tanınmış siyasətçilər və siyasi müşahidəçilər öz çıxışlarında bu məsələnin bir an öncə bitməsini və Türkiyə hakimiyyətinin, nəhayət, normal həyata qayıdaraq, ölkənin sosial-iqtisadi problemlərinin həllilə məşğul olmasını istədiklərini bildirirlər.

Məsələ o yerə çatıb ki, bəzi müxalif siyasətçilər hakim partiyanı İstanbulda yaşayan kürdlərin səsini qazanmaq üçün hətta Abdulla Öcalana və Səlahəddin Dəmirtaşa yönəlik siyasi jestlərə əl atmaqda ittiham edirlər. Eyni ittihamlar qarşı tərəfdən də səsləndirilir. Belə ki, 31 martda keçirilən seçkidə kürd əsilli seçicilərin böyük əksəriyyəti məhz Əkrəm İmamoğluna səs vermişdilər. İndi isə görünən odur ki, AKP vəziyyəti dəyişməyə çalışır, partiyanın bu istiqamətdə atdığı addımlar isə heç də birmənalı qarşılanmır. Ancaq hər iki tərəf etiraf edir ki, kürd əsilli seçicilərin səsləri qalibin müəyyən edilməsində olduqca əhəmiyyətli rol oynayacaq.

AKP-yə yaxın sorğu mərkəzi də “İmamoğlu” deyir

Bununla yanaşı, nəticəyə təsir edən digər əhəmiyyətli məsələlər də var. Sosioloqlar bildirirlər ki, namizədlərin şəxsi keyfiyyətləri, kütləyə müraciəti, insanlarla ünsiyyət formaları və digər məqamlar həlledici olacaq. Çünki İstanbulda AKP və müxalifət partiyalarının elektoratının sayı demək olar ki, bəllidir. Lakin namizədlərin şəxsi keyfiyyətləri seçicilərin öz partiyalarının deyil, rəqib partiyanın namizədinə səs verəcək qədər təsirli ola bilər. Elə 31 martda keçirilən və sonradan qalmaqallı şəkildə nəticələri ləğv olunan seçki də bunu isbat etdi.

İstanbulun bələdiyyə başçısının müəyyən edilməsinə bir aydan da az vaxt qaldığı indiki dönəmdə Türkiyənin ən məşhur sosial sorğu mərkəzləri öz araşdırmalarının və keçirdikləri sorğuların nəticələrini açıqlayıbar. "AzPolitika.info"nun Türkiyə KİV-lərinə istinadla verdiyi məlumata görə, nəticələrdə şəxsi keyfiyyətləri və seçici simpatiyası məsələsində CHP-nin namizədi Əkrəm İmamoğlunun AKP-nin “ağır topu” olan Binəli Yıldırımı qabaqladığı müşahidə olunur. Hətta AKP-yə yaxınlığı ilə tanınan bəzi məşhur reytinq şirkətləri belə, İmamoğlunun Yıldırımı üstələdiyini bildirirlər. Doğrudur, müstəqil sorğu şirkətləri İmamoğlunun sabiq baş naziri 4-5 faizlik səs fərqi ilə qabaqladığını bildirirlərsə, məsələn, hakim partiyaya yaxın olduğu deyilən “MAK Danışmanlık Araştırma”-ya görə, CHP-nin namizədi cəmi 2 faizlik üstünlüklə öndədir.

“MAK”-ın açıqladığı sorğu nəticələrinə görə, seçicilərin 50.3 faizi İmamoğluna, 48.2 faizi isə Binəli Yıldırıma səs verməyə hazırlaşır. Ancaq məsələn, digər nüfuzlu sorğu şirkəti olan “Optimar” İmamoğluna 52, Yıldırıma isə 48 faiz səs veriləcəyini proqnozlaşdırır. Onu da qeyd edək ki, həmin bu şirkətlər birinci turdan, yəni 31 mart seçkisindən əvvəl Yıldırımın qalib gələcəyini proqnozlaşdırırdılar.

“MAK”-ın sorğusu təkcə seçicilərin birbaşa olaraq İstanbulda hansı namizədə səs verəcəklərilə bağlı olmayıb. Məsələn, partiyalarla əlaqədar sorğunun nəticələrinə görə, İstanbulda seçicilərin 40 faizi AKP-yə, 28 faizi isə CHP-yə səs verməyə hazır olduqlarını bildiriblər. MHP və İYİ Partiyalarının hərəsinə 8, HDP-yə isə 11 faiz seçici səs verməyə hazırdır. Göründüyü kimi, partiya olaraq AKP CHP-ni üstələsə də, bələdiyyə başçısına namizəd sarıdan ortaya fərqli nəticə çıxır. Bu o deməkdir ki, İmamoğluna səs verənlər arasında AKP elektoratı da var. Hətta MHP-lilərin də bir qisminin İmamoğlunu dəstəklədiyi bildirilir.

Seçicilərin 13 faizi fikrini dəyişib

Sorğu digər bir maraqlı məqamı da ortaya çıxarıb. Nəticələr göstərir ki, birinci turda səs verənlərin 13 faizi ikinci turda artıq digər namizədə səs verməyə hazırlaşır. Bu, vəziyyəti bir qədər də qarışdırır və müşahidəçilər fikrini dəyişən seçicilərin məhz Yıldırıma səs vermiş AKP-lilər olduğu qənaətindədirlər. Belə ki, paralel olaraq, Türkiyə MSK-sının 31 mart seçkisinin nəticələrinin ləğvinə dair qərarına münasibət bildirən seçicilərin böyük əksəriyyəti bu qərarı ədalətsiz hesab ediblər. Rəyi soruşulanların yalnız 43 faizi qərara haqq qazandırıblar.

Bir daha xatırladaq ki, barəsində söz açdığımız sorğunu aparan şirkət AKP-yə yaxın biri kimi tanınır. Həmin mərkəzin namizədlərin imicilə bağlı sorğusuna cavab olaraq isə seçicilərin 45 faizi İmamoğlunu, yalnız 38 faizi Yıldırımı bəyəndiklərini bildiriblər.

Müstəqil müşahidəçilər isə qeyd edirlər ki, iyunun 23-də keçiriləcək seçkidə birinci turda seçki məntəqələrinə getməyən vətəndaşların verəcəyi səslər böyük önəm daşıyacaq. Hansı namizəd həmin seçiciləri “sandıq başına” gətirə bilsə, seçkini də o qazanacaq. Qeyd olunur ki, birinci turda iştirak etməyən seçicinin təxminən yarısı AKP yönlü olsa da, bu adamlar əsasən hakimiyyətin sosial-iqtisadi siyasətindən incik düşənlərdir. Bu səbəbdən onların seçkiyə qatılacağı təqdirdə belə, Yıldırıma səs verəcəyi inandırıcı görünmür.

Digər əhəmiyyətli məqam isə kütlə psixologiyasının oynayacağı rolla bağlıdır. Belə ki, sosioloqlar xüsusilə Türkiyə kimi cəmiyyətlərdə insanların hər zaman haqqı tapdananın yanında olmağa çalışdığını bildirirlər. Bu məsələdə isə 31 martda faktiki olaraq, bütün yenidən hesablamalara və müdaxilələrə rəğmən 13 min səslik üstünlüklə qalib gələn İmamoğlu haqqı tapdanmış sayılır. Ona görə də, hətta birinci turda Yıldırıma səs verənlərin belə bir qisminin İmamoğlunu seçəcəyi gözlənilir. Bütün bunları nəzərə alan müşahidəçilər ikinci turda İmamoğlunun öz rəqibini artıq 13 min deyil, bundan 10 dəfələrlə artıq fərqlə üstələyəcəyini düşünürlər.

Anadolu türkcəsində vəzifə sözü “məqam” olaraq da işlədilir. Görünən odur ki, İmamoğlunun şəxsi keyfiyyətləri və imici təmsil olunduğu CHP-nin xeyli üzərindədir və özünə məxsus olan “Hər şey gözəl olacaq” şüarı doğrudan da onu İstanbulun bələdiyyə başçısı “məqamına” və hətta daha irəlilərə apara biləcək...

“AzPolitika”

Şərhlər

zaur 2019-05-29 08:00:55

Türkiyədə hal-hazırda gündəmi zəbt edən məsələlərdən biri Binəli Yıldırımın ortaya çıxan gizli sərvəti və onun qumarbaz oğludur.Bundan niyə yazmırsınız?

Rawad 2019-05-29 08:00:55

Fikrimcə kim qalib gəlsə gələcək Türkiyənin rəbəri o olacaq. Tərəfsiz filansız Allah Türkü qorusin!!

Ceyhun 2019-05-29 08:00:55

Bu meqale tamamile qerezli, birtefli heqiqetden uzaq seçki prosesinde baş veren bütün halları obyektiv eks etdirmeyen bir yazıdır.Burada yalnız ekremin tebliğatı aparılır. Halbuki ekremin haqqında yayılan ve onun özü terefinden inkar edilmeyen melumatlardan behs olunmur. Meselen, Pkk-nın ve onun siyasi qolu olan hdp-nin,fetonun, Qerbin Türkiyeye ve islam dinine düşmençiliklerini açıq aşkar bildiren bütün qüvvelerin onu desteklediyini qeyd etmirsiniz. Pkk-nın açıq aşkar desteklediyi bir namizedi nece tebilğatını aparmaq olar

Cəmşidə Əhməddən 2019-05-29 08:00:55

Get ağılıva dua yazdır, bahçale satqın ermənidən dönmə çakma millətçidir, ərdoğan gürcüdən dönmə islam maskası geymiş türk düşmənidir, kürtçüdür ümmət adıynan Türklərin dövlətinə yiyələnib, Tütkləri millət olaraq heç tanımaq istəmir. Artıq Türkiyə bu yobaz satqınlardan qurtulmalıdır.Türkiyəni suriyalılarla doldurdular. Məqsədləri 10-15 ilə türkləri azınlığ halına salmaqdır. Seçidə saxtakarlıq bunların qanındadır,əməlləri ilə YSK-nı bizim məzahirin kontoruna döndərdilər. Seçini qalibini xalq təyin edir,fırıldaq hədə qorxu ilə seçki udulmur. Bu səfər atı alan üsküdara qaça bilməyəcək. Atatürkün siyasətinin dövrü başlayır. Nə mutlu Türkəm deyənə!

Aze 2019-05-29 08:00:55

Azpolitika terefsiz mövqede qalın artıq neçe vaxtdır izleyirem sizi bütün meqalelerinizde AKP,Ve Erdoğana eks meqaleler yazırsız... deyirsiz akpeye yaxın sorğu merkezi hansıdı o merkez adınıda açıqla şefaflıq olsun...
Terefsiz qalın.

Cəmşid Dərələyəzli 2019-05-29 08:00:55

Tüm Erdoğan əlehdarları olan və bir anda olsun Türküyə sevdasından vaz keçməyən, Tüküyədəki qardaş və bacılara səslənirəm. Öncə unutmayın ki, Türküyəyə bu oyunu yapanların yaşı kadar Siz Türklərin devlet kurup, 3 kıtaya hakim olmuşluğunuz var. . Bir şeyi də fark edin ve anlayın ki, bu gün Türküyenin BEKASI namına Cümhur İttifakında yer alan və bütün siyasi davranışları ilə Türküyənin dərin devleti missiyasını üstlənən MHP, AKP -nin heç bir siyasi yanlışına müsaidə etməz. Bir de bilmenizi icab ederem ki, aslında MHP ve xususende onun başkanı sayın Devlət Bahçeli heç kimin tarafında deyil, o uca Türk milletinin ve onun sahib olduğu Devletin tarafındadır. Çünki, hakimiyyetler geldi gederdi, qalıcı ise Devletdir. Lütfən hansı tarafda duracağınızı bir daha gözdən keçirin. İstanbulun təkirar seçgisinə artıq bir aydan az zaman qalıb.. Bu seçgi təkirar edirəm, məhz Türküyənin BEKASI üçün çox önəmli. Xüsusən də Qərbin və ABD-nin hər vəhclə Türküyəni əvvəlki itaətkar vəziyyətinə qaytarma çabalarının gücləndirildiyi bir dönəmdə. Unutmayın ki, Atatürkdən sonra Erdoğan tək liderdir ki, bu gün Türküyənin dünyada baxımsızlığı və həqiqi söz sahibi olmasının mücadiləsini verir. Lütfən, ana muxalifətin-CHP-nin patates və baldırcan propakandasına uymayın. Onu da bilmenizi isterem ki, Azəri Türkləri olaraq bizlər, Türküyede baş verən olaylardan dolayl çox əndişə edirik. Çünki, Türküyə bütün Türk dünyasının, xüsusən də Azərbaycanın tək dayanağı, tək güvəndiyi kardeş bir ölkə. Bu nədən də Türküyə bizim canımız, Azərbaycanla bir sevdamızdır. İstanbul Əmanəti, Türküyə əmanəti. Onu da bilin ki, Qazi Mustafa Kamal Paşa bu gün sağ olsa idi, hazırki dünyanın deyişen dengelerinden dolayı qurucusu olduğu partiyanın indiki halində ona yox, hər şeydən öncə bir Türk vətəndaşı olaraq Cümhur İttifakının yanında yer alardı.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol