Menu

Anakonda özü-özünü «klonlayıb» - ABŞ-da

29.05.2019, 09:18
Anakonda özü-özünü «klonlayıb»  - ABŞ-da

Amerika Birləşmiş Ştatlarında (ABŞ) «Anna» ləqəbli yaşıl dişi anakonda erkəyin iştirakı olmadan dünyaya «övlad» gətirib. Bu barədə akvarium əməkdaşları «Daily Mirror» nəşrinə danışıblar.

Onların sözlərinə görə, anakonda erkəyin olmadığı akvariumda saxlanıb. «Övlad»ın əmələ gəlməyi isə partenogenezin (yumurtalıqda mayalanma olmadan orqanizmin inkişaf etməsi ilə çoxalma forması) sayəsində mümkün olub.

Partenogenez ilk növbədə cücülər üçün xarakterikdir, ancaq anakonda üçün bu, tarixdə ikinci hadisədir.

Bununla yanaşı, «nəslin» bir hissəsi ölü doğulub, amma iki «körpə» yaşaya bilib. Akvarium əməkdaşlarının bldiridiklərinə görə, bu yolla doğulan anakondalar ananın genetik klonlarıdır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol